Elnur Aslanov: “İradə nümayiş etdirmək və bir daha beynəlxalq hüquq prinsiplərini beynəlxalq gündəlikdə prioritet "rəfə" qoymaq lazımdır” - MÜNASİBƏT
"Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli təkcə
Şöbə müdiri əlavə edib ki, Azərbaycan ərazilərinin işğalı, Ermənistan tərəfdən hüququn güc üzərində aliliyinin total şəkildə inkar edilməsi təbii bir şey kimi qəbul edilə bilməz: "Buna görə də Azərbaycan Prezidenti dəfələrlə qeyd edib ki, səbrimizin həddi var. Nə vaxtadək yalnız Azərbaycan ərazilərinin işğal olunmasını bildirməklə kifayətlənən beynəlxalq təşkilatların hüquqi nihilizmi ilə barışmaq olar? Bu vacibdir, lakin kifayət etmir. İradə nümayiş etdirmək və bir daha beynəlxalq hüquq prinsiplərini beynəlxalq gündəlikdə prioritet "rəfə" qoymaq lazımdır".
E.Aslsnov həmçinin beynəlxalq təşkilatlara, dünya birliyinə bu gün regionda baş verən hadisələrə daha obyektiv şəkildə yanaşmağın lazım olduğu mesajını göndərib: "Dünya formalaşan yeni qaydadan danışırsa, o, ədalətli olmalı və gücün deyil, hüququn prioritetliyini təmin edən prinsiplərə əsaslanmalıdır. Əks halda, gücə gec-tez güclə cavab verəcəklər. Məsələnin yalnız zamana ehtiyacı var, zaman isə Azərbaycana işləyir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB