Ombudsman Aparatının əməkdaşı miqrantların hüquqları ilə bağlı tədbirdə iştirak edib
Ölkəmizdə miqrasiya sahəsində həyata keçirilən dövlət siyasəti respublikamızın sabit sosial-iqtisadi, demoqrafik inkişafının təmin edilməsi, ölkə ərazisində əhalinin mütənasib yerləşdirilməsi, miqrantların intellektual və əmək potensialından istifadə edilməsi, onların hüquqlarının diqqətdə saxlanması, qeyri-qanuni miqrasiyanın qarşısının alınmasına yönəlib.
Bu fikirlər Beynəlxalq Əmək Təşkilatının (BƏT) təşkilatçılığı ilə "Əmək Miqrasiyası və onun insan hüquqlarına əsaslanan inkişaf təsirləri" və "Azərbaycanda miqrasiya siyasətinin həyata keçirilməsi: əldə olunan nailiyyətlər və perspektivlər" mövzuları üzrə keçirilmiş təlim-seminarda səsləndirilib.
Ombudsman Aparatının mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, tədbirə müvafiq dövlət qurumları və qeyri-hökumət təşkilatlarının nümayəndələri, BƏT-in ekspertləri, KİV təmsilçiləri qatılıblar.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Aparatının Elmi-analitik sektorunun müdiri Mahir Məmmədov təlim-seminarda iştirak edib. Proqram üzrə bir sıra təqdimatlar dinlənilmiş, müzakirələr aparılıb.
Ombudsman Aparatının əməkdaşı Beynəlxalq Miqrasiya günü münasibətilə iştirakçılara İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanovanın təbriklərini çatdırmış, miqrasiya sahəsində milli qanunvericilik barədə danışmış, həmçinin beynəlxalq hüquqi aktların müvafiq müddəalarının tələblərini, о cümlədən Azərbaycan Respublikası Konstitusiyasının 12, 148 və 151-ci maddələrini şərh etmiş, iştirakçıların suallarını ətraflı cavablandırıb.
M.Məmmədov ölkə Ombudsmanının Dövlət Miqrasiya Xidməti ilə əməkdaşlıq əlaqələri yaratdığını vurğulamış, Müvəkkilin miqrantların, o cümlədən əməkçi miqrantlar və onların ailə üzvlərinin hüquqlarının müdafiəsi və təmin olunması, onlara psixoloji və hüquqi yardımların göstərilməsi, bu sahədə geniş hüquqi maarifləndirmə tədbirlərinin həyata keçirilməsi ilə bağlı fəaliyyətinin bir sıra məqamlarmı xatırladıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB