Asəf Hacıyev: “Ölkədə qiyabi təhsil ləğv oluna bilər” - AÇIQLAMA
"Düşünürəm ki, yavaş-yavaş qiyabi təhsili aradan qaldırmaq olar. Bu o demək deyil ki, bu gün qiyabi təhsili dərhal dayandıraraq yeni formaya keçirik". Bu barədə SİA-ya açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Asəf Hacıyev deyib. O bildirib ki, yeni forma olan distant, yəni ixtisas təhsilini həyata keçirmək üçün internet şəbəkəsi genişləndirilməlidir. Onun sözlərinə görə, bunun bir tərəfdən müsbət tərəfi də ondan ibarətdir ki, təhsil alan şəxslər informasiya texnologiyalarına qovuşacaqlar: "Onlar kompyuterdən tapşırıq alıb, elə kompyuterə də cavablarını göndərəcəklər. Bu da bir növ onların səviyyəsinin qalxmasına kömək olacaq. Bundan sonra qiyabi təhsilə heç bir ehtiyac qalmır. Çünki qiyabi təhsil dünyanın heç bir yerində yoxdur. Bu Sovet hökumətinin məhsuldur. Amma bu o demək deyil ki, Sovet hökumətindən qalan hər şeyi ləğv etməliyik. Xeyr, Sovet hökumətinin də müsbət xüsusiyyətləri qalıb. Bu gün ölkədə aparılan ideologiya ondan ibarətdir ki, əhalinin 90%-dən çoxu ali təhsillidir. Təhsil almaq çox gözəldir, ancaq onu keyfiyyətli etmək lazımdır".
A.Hacıyev qeyd edib ki, distant təhsil hər halda qiyabi təhsildən qat-qat yüksək duran formadır. O əlavə edib ki, ancaq burada da oğlanların əsgərliyə aparılması və digər məsələlər ortaya çıxır. Millət vəkilinin sözlərinə görə, "Ali təhsil haqqında" qanun layihəsi müzakirəyə çıxarılanda bu məsələlər orada öz əksini tapa bilər.
"Bu mənim şəxsi fikrimdir. Bu da yəqin ki, qanun təqdim olunanda müzakirə olunacaq. Bir daha təkrar edirəm ki, bu o demək deyil ki, qiyabi təhsil bu ildən ləğv olunacaq. Ölkədə qiyabi təhsil ləğv oluna bilər, ancaq müzakirə olunduqdan sonra. Bəlkə də heç müzakirə zamanı bu qəbul olunmayacaq. Hər halda bu bizim fikrimizdir ki, qiyabi təhsili ixtisas təhsili ilə əvəz etmək olar.
Bu prosesləri dərhal qəbul etmək olmaz. Qanun qəbul olunsa da orada ayrıca cümlə olmalıdır ki, qanunun bu maddəsi müəyyən ildə həyata keçiriləcək. Biz baxmalıyıq ki, internet şəbəkəsi ölkədə nə qədər geniş yayılıb. Onu da qeyd etmək lazımdır ki, bu gün Azərbaycan MDB dövlətləri arasında İKT sahəsində ən yüksək inkişaf edən ölkədir. Bu gün ölkədə internet şəbəkəsi geniş yayılıb, həm də əhali təhsillənib. Tapşırıqları necə öyrənib, universitetə necə göndərmək, ötürmək, bunun hamısı bir vaxt tələb edir. Bundan sonra qiyabi təhsili ixtisas təhsili ilə əvəz etmək olar. Buna baxmayaraq, əgər kimsə qiyabi təhsil alırsa, ona imkan vermək lazımdır ki, təhsilini başa çatdırsın. O deməkdir ki, hansısa ildən qiyabi təhsilə qəbul dayandıralacaq", - deyə o əlavə edib.
Millət vəkili həmçinin vurğulayıb ki, bu məsələdə oğlanların əsgərlik problemini də düşünmək lazımdır. Bu gün qiyabi təhsil alan tələbələrin də əsgər aparıldığını deyən A.Hacıyev qeyd edib ki, bu distant təhsilə də tətbiq oluna bilər: "Distant təhsil kimlər üçündür? Bu gün bəzi insanlar işləyir, ancaq eyni zamanda işini də itirmədən ali təhsilli olmaq istəyirlər. Bunlara imkan veriləcək ki, təhsil alsınlar. Burada artıq kredit sistemi ortaya çıxacaq. Distant təhsildə tələbə müəyyən olunan kreditləri topladıqdan sonra bu pilləni başa çatdıra bilər".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB