“AZƏRBAYCAN” Cəmiyyəti ABŞ Konqresinin Nümayəndələr Palatasının spikerinə etiraz məktubu göndərib

“AZƏRBAYCAN” Cəmiyyəti ABŞ Konqresinin Nümayəndələr Palatasının spikerinə etiraz məktubu göndərib

Dekabrın 18-də Birləşmiş Ərəb Əmirliyinin Dubay Əmirliyində fəaliyyət göstərən "AZƏRBAYCAN" Cəmiyyəti uydurma "erməni soyqırımı" haqqında 252 saylı qətnamənin ABŞ Konqresinin Nümayəndələr Palatasında müzakirəyə çıxarılmasına etiraz olaraq Nümayəndələr Palatasının spikeri Nensi Pelosiyə məktub göndərib.

SİA-nın xəbərinə görə, məktubda deyilir ki, biz Birləşmiş Ərəb Əmirliyində yaşayan azərbaycanlılar qondarma "erməni soyqırımı" məsələsini Konqresinin Nümayəndələr Palatasında müzakirəyə çıxrılması təklifinə kəskin etirazımızı bildiririk.

Müraciətdə daha sonra deyilir: "Artıq dünya ermənilərin ABŞ-dakı məkrli əməllərindən xəbərdardır və onların çirkli pulları bəzi konqresmenlərin hesablarına göndərdiyini hamı bilir. O da bütün dünyaya məlumdur ki, ermənilər 1992-cu ilin fevralında Azərbaycanın Xocalı şəhərində dinc əhaliyə qarşı soyqırım törədiblər. Sizdən və bütün Konqres üzvlərindən tələb edirik ki, 95 il müzakirəsi davam edən və baş verib-vermədiyi hələ də müəmma olan uydurma "erməni soyqırımı" əvəzinə, 19 il əvvəl baş vermiş Xocalı qətliamını gündəmə gətirin, bu hadisəyə qiymət verin".

BƏƏ-dəki soydaşlarımız hesab edirlər ki, Türkiyə ilə əlaqələrin pisləşməsi ABŞ hökumətinin və xalqının marağına uyğun deyil. "Ümid edirik ki, ABŞ Konqresi bu qətnamənin təsdiqinə qarşı çıxacaq və öz ədalətli mövqeyini göstərəcək". Müraciətdə belə deyilir.

Bütün xəbərlər Facebook səhifəmizdə