Ərdoğan Kaşıkçının ölüm əmrinin kimlər tərəfindən verildiyini açıqladı
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan səudiyyəli müxalif jurnalisti Camal Kaşıkçının öldürülməsi əmrinin Səudiyyə hökuməti tərəfindən "yüksək səviyyədə" verildiyini açıqlayıb. SİA-nın xəbərinə görə, bu barədə "The Washington Post" xəbər verib.
Onun sözlərinə görə, bu işdə yalnız Səudiyyə Ərəbistanın təhlükəsizlik qüvvələrinin vəzifəli şəxsləri iştirak etmir. O, əlavə edib ki, Kaşıkçının cəsədi hələ də tapılmayıb.
Ərdoğan Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləziz əl-Saudun jurnalistin öldürülməsində iştirak etmədiyini vurğulayıb.
Müəllif: Nailə Məhərrəmova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB