"DQ-a qanunsuz səfərlərlə separatçı rejim heç nəyə nail ola bilməyəcək" AÇIQLAMA-ÖZƏL

"DQ-a qanunsuz səfərlərlə separatçı rejim heç nəyə nail ola bilməyəcək" AÇIQLAMA-ÖZƏL

“Ermənistanda ən böyük problem ətrafda gedən proseslər və ya mesajlara lazımı qiymətin verilməməsidir. Onlar sanki virtual reallıqda yaşayırlar. Separatçı rejimin belçikalı deputatın qondarma Dağlıq Qarabağ Respublikasına səfərindən şou düzəltməsi də bunun bariz nümunəsidir”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq İlqar Vəlizadə deyib.

O deyib ki, avropalı deputatların Azərbaycanın işğal altında olan torpaqlara qanunsuz səfərlər Avropa İttifaqının ölkəmizin ərazi bütövlüyü ilə bağlı mövqeyində heç nəyi dəyişə bilməz: “Çünki, burada ayrı-ayrı deputatların deyil, rəsmilərin çıxışlarına nəzər yetirmək lazımdır”.

Politoloq qeyd edib ki, Avropa Birliyinin nümayəndəsi Federiko Moqerini bildirib ki, Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünü tanıyır və heç bir qondarma rejimlə əməkdaşlıq qurmur: “ Bu yaxınlarda Almaniya parlamenti də bununla bağlı qərara çıxarıb. Qərararda bildirilir ki, Azərbaycanın işğal altında olan ərazilərində yaradılan qondarma rejim tanınmır. Bu baxımdan ayrı-ayrı deputatların separatçı rejimlə münasibət saxlaması rəsmi mövqeyə qəti şəkildə təsir edə bilməz. Çünki, onlar ikinci-üçüncü dərəcəli deputatlar olmaqla yanaşı, nə ölkələrində heç bir nüfuza malik deyillər, nə də Aİ-nin hər hansı strukturunda təmsil olunmurlar”.

İ. Vəlizadə vurğulayıb ki, ayrı-ayrı fərdlər də olsa, istənilən səfər Azərbaycanın qanunlarının pozulması deməkdir: “ Amma 25 ildə bu cür səfərlərin çoxluğunu nəzərə alsaq, deyə bilərik ki, separatçı rejimin heç nəyə əldə etmədiyini və bundan sonra əldə edə bilməyəcəyini əminliklə deyə bilərik. Burada ən pisi Ermənistanın bu səfərlər üzərində siyasi oyun qurmağa çalışmasıdır. Bununla da düşmən ölkə danışıqlara əksinə mənfi çalar gətirir”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə