Nazir Elmar Məmmədyarov Koreyanın Azərbaycandakı səfiri Kim Çanq Gyunu diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib. Xarici İşlər Nazirliyindən SİA-ya verilən məlumata görə, tərəflər görüşdə Azərbaycan və Koreya Respublikası arasında siyasi, iqtisadi, ticarət və digər sahələrdə əlaqələrin inkişafından məmnunluqla danışıb və bu əməkdaşlığın gələcəkdə daha da inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıblar.
Səfir Kim Çanq Gyu diplomatik fəaliyyəti müddətində Azərbaycan tərəfindən ona göstərilən dəstəyi xüsusilə vurğuladı və bu xüsusda öz təşəkkürünü ifadə edib.
E.Məmmədyarov səfirə gələcək fəaliyyətində müvəffəqiyyətlər arzu edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB