İlqar Orucov: “Ermənistanın iqtisadiyyatı çökmüş bir vəziyyətdədir” AÇIQLAMA

İlqar Orucov: “Ermənistanın iqtisadiyyatı çökmüş bir vəziyyətdədir” AÇIQLAMA

“Ermənistanın mövcud siyasi hakimiyyətinin qeyri-konstruktiv mövqe tutması və bütövlükdə Azərbaycan torpaqlarını illərdir işğalda saxlaması ona gətirib çıxarmışdır ki, Ermənistanın regionda heç bir layihədə payı yoxdur və qlobal layihələrdən bütövlükdə təcrid olunmuşdur”. Bunu SİA-ya açıqlamasında AGAAMC-nın sədri, fəlsəfə üzrə fəlsəfə doktoru İlqar Orucov deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin özünün qeyd etdiyi kimi, regionda heç bir məsələ Azərbaycanın razılığı, istəyi olmadan reallaşa bilməz və onun nəticəsidir ki, Azərbaycanın həyata keçirdiyi güclü siyasət beynəlxalq arenada Azərbaycanın mövqelərinin yüksəlməsi ona gətirib çıxarmışdır ki, Ermənistan bütövlükdə bütün böyük layihələrdən kənarda qalmışdır: “Bütün bunlar ona gətirib çıxarmışdır ki, Ermənistan əslində faktiki olaraq, böyük iqtisadi böhran içərisindədir, eyni zamanda son dövrlərdə Ermənistanda qeyri-peşəkar səriştəsiz insanların hakimiyyətə gəlməsi ona gətirib çıxarmışdır ki, bütövlükdə Ermənistanda bu gün böyük siyasi hakimiyyət böhranı yaşanır. Qeyri-peşəkar insanların hakimiyyətə gəlməsi Ermənistanın həm Avropa ilə münasibətlərində ciddi ziddiyyətlərə səbəb oldu, eyni zamanda son proseslər onu göstərir ki, məhz Ermənistanın siyasi hakimiyyətinin Rusiya ilə münasibətlərində ciddi anlaşılmazlıq və böhran var. Bütün bunlar Azərbaycanın xeyirinə olan və xeyirinə işləyən məsələlərdir. Nə qədər ki, Ermənistan Azərbaycan torpaqlarını işğalda saxlayacaq və nə qədər ki, işğalçılıq mövqeyindən əl çəkməyəcək bu proseslər bir qədər də hər keçən zaman müddətində Ermənistanın əleyhinə işləyəcək. Faktiki olaraq bu gün Ermənistan Avropada təklənmiş vəziyyətdədir. Bütövlükdə Ermənistanın son dövrlərdə həyata keçirdiyi siyasətə baxanda görürük ki, Ermənistanın iqtisadiyyatı çökmüş bir vəziyyətdədir. Bir sözlə, Ermənistanda ciddi siyasi böhran hökm sürür. Baxmayaraq ki, Ermənistan müəyyən sənədlərdə müstəqil dövlət kimi təqdim olunur. Amma faktiki olaraq Ermənistan iqtisadi cəhətdən diaspora təşkilatlarından, ayrı-ayrı lobbi təşkilatlarından asılı bir ölkədir”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə