Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikası Dövlət Bayrağının, Gerbinin təsvirinin təsdiq edilməsi, Dövlət Himninin musiqisinin və mətninin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanunlarının ikinci oxunuşunda aparılan müzakirələr zamanı deputatlar atributlara dəyişikliklərlə bağlı bir sıra təkliflər irəli sürüblər. SİA-nın xəbərinə görə, bunlara cavab olaraq çıxış edən Milli Məclisin deputatı Siyavuş Novruzov söyləyib ki, deputatlar tərəfindən atributlarımızın dəyişdirilməsi ilə bağlı təklifər Referendum yolu ilə həll edilməlidir: “Konstuitusiyada atributların adı necə gedibsə, o adla da təqdim olunur. Əgər biz bu adı dəyişdirmək istəsək, o zaman ilk növbədə Konstitusiyaya dəyişiklik edilməlidir. Mən hesab edirəm ki, hər dəyişiklik o qədər də xeyr gətirmir. Biz niyə 100 il bundan öncəki tariximizə ziyan etməliyik? Bizim bayrağımızın əvəzi yoxdur. Himnimizdə və digər atributlarda olan cəhətləri ilə bağlı hər kəsin fikir arzusu ola bilər Amma mən bunların elyhinəyəm. Düşünürəm ki, atributlarımız olduğu kimi qalsa daha yaxşıdır”.
S.Novruzov söyləyib ki, vaxtilə Ulu öndər Heydər Əliyev belə bir təklifə qarşı çıxaraq, atruibutlarımıza dəyişikliklə bağlı təkliflərin əleyhinə çıxış etdi: “Bizə qonşu dövlətlərin birində hakimiyyət dəyişən kimi bayraq da dəyişdi. Onlar Avropaya yaxınlığını göstərmək üçün bayraqlarının üzərinə 5 xaç vurdular. Amma bayraq xalqın mənəviyyatını, həyatını əks etdirir. Bu baxımdan düşünürəm ki, bizim atributlar yerindədir. Qanun layihələrində məsələlər düzgün şəkildə qoyulub”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB