Şahlar Əsgərov elm inkişaf etdirilməsi yollarından danışdı

Şahlar Əsgərov elm inkişaf etdirilməsi yollarından danışdı
Azərbaycanda elmi inkişaf etdirmək üçün Türkiyə təcrübəsindən yararlanmaq lazımdır, çünki onlarda maraqlı metodlardan istifadə olunur. Bu barədə təhsil eksperti Şahlar Əsgərov SİA-ya açıqlamasında elmin necə inkişaf etdirilməsi məsələsinə aydınlıq gətirərkən deyib. O bildirib ki, bu istiqamətdə "Bir neçə müddət öncə Türkiyənin Ağdəniz Universitetinin professoru olan həmyerlimizlə söhbət etdim. Görüş zamanı o mənə dedi ki, Türkiyədə universitet müəllimi məşhur jurnalda məqalə çap edirsə, bu jurnalın bir nüsxəsi onların elmi mərkəzinə göndərilir və həmin alimin hesabına 2 min dollara yaxın pul köçürülür. Universitet isə alimə min dollar həcmində kömək edir. Alim də öz maaşından əlavə, bir məqalədən 3 min dollar pul alır".

Ş.Əsgərovun sözlərinə görə, bu səbəbdən müəllim də maraqlıdır ki, işdən sonra gedib uşaq hazırlamasın, ikinci universitetdə dərs deməyə getməsin və bundan sonra yeni icadlar, elmi işləri fikirləşsin. O qeyd edib ki, belə olduğu halda ölkədə elm inkişaf edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə