“Ermənistanda baş verənlər yeni iğtişaşlardan xəbər verir” AÇIQLAMA
“Bu gün Ermənistanda baş verən hadisələr yeni iğtişaşların yaranacağından xəbər verir”. Bunu SİA-ya açıqlamasında millət vəkili Eldəniz Səlimov deyib.
Onun sözlərinə görə, Paşinyan seçildiyi müddətdən bu yana müxtəlif istiqamətlərə hərəkət edərək, özünə havadar axtarmaqla məşğul olmaqdadır: “Paşinyana əks qüvvələr olan Sarkisyan və Koçaryan tərəfdarlarının sayı kifayət qədər çox olduğundan Paşinyan hakimiyyətinə təsir göstərirlər və nəticədə ölkədə qarşıdurma yaranır. Paşinyanın dekabrda planlaşdırdığı seçkilərə Avropa 3 milyon yardım göstərilməsi haqqında qərar qəbul etmişdir. Sarkisyan dövründə isə bu rəqəm 7 milyon olmuşdur. Bu fərq onun göstərir ki, Avropa Paşinyana tam dəstək verməyə ehtiyat edir. Çünki Paşinyan normal qərar qəbul etmək imkanına malik deyil. Bəlkə də Avropa Sarkisyan hakimiyyətinə daha çox meyllidir, ona görə bu qərarı qəbul edib. Hər halda Avropanın Ermənistana göstərdiyi yardım mövcud hakimiyyətin dəstəklənməsi kimi də qiymətləndirilə bilər. İndi Paşinyanın ümidi parlamentin qəbul etdiyi qərarıdır. Parlament necə qərar qəbul edəcəksə Paşinyanın mövqeyi də ona uyğun olacaq. Bütün hallarda isə əziyyət çəkən ölkə vətəndaşlarıdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB