Zemfira Məhərrəmli: "Rusiya tərəfi Ombudsmanın müraciətinə hələ ki, cavab göndərməyib" - MÜNASİBƏT

Zemfira Məhərrəmli: "Rusiya tərəfi Ombudsmanın müraciətinə hələ ki, cavab göndərməyib" - MÜNASİBƏT
"Hələ ki, Ombudsmanın Rusiya Federasiyasına göndərdiyi müraciətə cavab verilməyib". Bunu SİA-ya açıqlamasında Ombudsman Aparatının mətbuat xidmətinin rəhbəri Zemfira Məhərrəmli deyib. Onun sözlərinə görə, müraciət kifayət qədər geniş və ətraflıdır: "Mənim fikrimcə, qısa zaman ərzində müraciətə cavab alacağıq". Z.Məhərrəmli Azərbaycan Ombudsmanı Elmira Süleymanova ilə Rusiya Ombudsmanı Vladimir Lukin arasında insan hüquqlarının həyata keçirilməsi sahəsində iki tərəfli imzalanmış sazişi olduğunu bildirib: "Sazişə əsasən Rusiya Federasiyasının vətəndaşlarının ölkəmizin ərazisində Azərbaycan vətəndaşlarının isə Rusiya ərazisində hüquqları pozularsa, hər iki ombudsman bu məsələdə qarşılıqlı olaraq bir-birinə kömək göstərməlidir. Çünki bizim Rusiya Federasiyası Ombudsmanı ilə imzaladığımız ikitərəfli sazişin əsas mahiyyəti bundan ibarətdir. Yəni Rusiyanı təmsil edən insanların bizim ərazimizdə, bizim ölkəmizi təmsil edən insanların isə Rusiya ərazisində hüquqları pozulursa, hər iki ombudsman bu işə müdaxilə edir, bu məsələdə öz mandatları çərçivəsində yardım və köməkliklərini edirlər. İkitərəfli sazişin əsasən bu istiqamətdə daim iş gedir. Azərbaycan Ombudsmanı dəfələrlə Rusiyada olub və soydaşlarımızın üzləşdiyi problemlə məşğul olub. Ölkələrimiz arasında qarşılıqlı əməkdaşlıq gedir. Bu aspektdə ombudsman həmin əməkdaşlıq sazişinə istinad edərək rusiyalı həmkarına bu müraciəti göndərib. Hələlik bununla bağlı cavab alınmayıb. Yəqin ki, konkret bir iş görülərsə, tədbir görülərsə, müraciətin cavabını alacağıq".

Bütün xəbərlər Facebook səhifəmizdə