Musa Quliyev: “Reproduktiv sağlamlıq”haqqında qanun layihəsi sonsuzluq səbəbindən ailə dağılmasının qarşısını alacaq” - AÇIQLAMA
"Reproduktiv sağlamlıq" haqqında qanun layihəsi ilə bağlı cəmiyyətdə formalaşan mənfi fikirlər onun qəbul olunmasının təxirə salınmasına səbəb olub. Bu sözləri Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev SİA-ya açıqlamasında deyib. O bildirib ki, qanun layihəsi bəzi hallarda ictimaiyyətə təhrif olunmuş şəkildə çatdırıldığıdan layihə narazılıqla qarşılanıb.
Onun sözlərinə görə, bəzi deputatların layihəyə mənfi yanaşmasına səbəb onların layihə ilə yaxından tanış olmamaları olub : " Ona görə də parlament rəhbərliyi ictimai fikrin, millət vəkillərinin bəzi şübhələrinin aradan qaldırılması üçün layihəni təxirə saldı ki, layihə daha da təkmil işlənib hazırlansın. Layihədə əsas müzakirə mövzusu süni mayalanma, reproduktiv sağlamlıqla bağlı muasir tibbi texnologiyanın həyata keçirilməsi məsələsidir ki, bu cəmiyyətlə yanaşı bəzi deputatlar tərəfindən də qəbul olunmur. Bəziləri hesab edirlər ki, süni mayalanma anlayışı və ya bu yolla dünyaya uşaq gətirmək İslam dinin qaydalarına ziddir və bu qəbul olunma bilməz. Onlara arqument olaraq biz söyləyirik ki, ən qatı islam ölkəsi olan İran İslam Respublikasında bu texnologiyalar tətbiq olunur və həyata keçirilir".
M. Quliyev söyləyib ki, hər bir qanun layihəsi ona ehiyacı olanlar üçün nəzərdə tutulur. O vurğulayıb ki, qanun təbii yola uşaq dünayaya gətirənlər üçün nəzərdə tutulmayıb. " Amma elə insanlar var ki, dünyaya uşaq gətirmək, bioloji valideyn olmaq üçün hər şeyə hazırdılar. Bu mənada qanunun qəbul olunmasına çox böyük ehtiyac var. Qanun məcburi deyil. Kim istəsə bu yoldan istifadə edə bilər, istəməsə etməz. Lakin layihənin milli adət-ənənəyə zidd olması ilə kimi fikirlərin səslənməsi düzgün deyil.
Ölkədə belə bir qanunun qəbul olması ilk növbədə sonsuzluğun aradan qaldırılması və bu səbəbdən ailə dağılmasının qarşısının alınması məqsədi güdür. Bilirsiniz ki, Azərbaycanda dağılan ailələrin 13 faizi sonsuzluq nəticəsində baş verir. Bu çox ciddi bir məsələ olduğuna görə düşünürəm ki, yaz sessiyasında qanunun qəbuluna nail olacağıq".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB