Azərbaycan Microsoft-un “Həmkara dəstək” proqramına qoşulub

Azərbaycan Microsoft-un “Həmkara dəstək” proqramına qoşulub

Microsoft korporasiyası tərəfindən dünyada təbliğ edilən və müəllimlər üçün nəzərdə tutulmuş "Həmkara dəstək" proqramı Azərbaycanda "Mədəd" və "Microsoft Azərbaycan" təşkilatlarının təşəbbüsü və maliyyə dəstəyi ilə başlanıb. Bu haqda SİA-ya "Mədəd" təşkilatının icraçı direktoru Elbrus Zərbaliyev məlumat verib. Onun sözlərinə görə, Azərbaycanın bu proqramda iştirakı "2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı"na uyğun olaraq Azərbaycan Respublikası Təhsil Nazirliyinin Microsoft Azərbaycan ilə imzalanmış "Təhsildə Əmkdaşlıq" Anlaşma Memorandumu çərçivəsində həyata keçirilməyə başlanıb.

Artıq bu əmədaşlıq çərçivəsində "Həmkara dəstək" proqramı üzrə tədris materialları Azərbaycan dilinə tərcümə edilmiş və layihədə iştirak etmək üçün seçilmiş müəllimlərə hazırlıq üçün paylanıb.

Eyni zamanda E.Zarbaliyev qeyd edib ki, "Həmkara dəstək" proqramı məktəblərdə fəal müəllimlərin təlimçi rolunu yerinə yetirilməsinə və həmkarlarına dəstək göstərməsi məqsədi ilə yeni bilik və bacarıqlarının daha da təkmilləşdirilməsinə yönəlib.

Təlim prosesi Azərbaycanda "Həmkara dəstək" proqramının reallaşması ilə məşğul olan "Mədəd" təşkilatının təşkilatçılığı ilə həyata keçirləcəkdir. "Həmkara dəstək" proqramı çərçivəsində fəaliyyət göstərən təlimçi-müəllim məktəblərdə çalışan digər müəllimlərə informasiya texnologiyalarının tədrisdə istifadəsi üzrə praktiki məsləhətlər verəcəkdir. Hər bir məktəbdə belə təlimçi-müəllimin olması pedoqoji heyətə tədrisdə İKT-nin istifadəsini asanlaşdıracaqdır.

Bütün xəbərlər Facebook səhifəmizdə