Polis əməkdaşları tərəfinən üç yanacaqdoldurma məntəqəsinə basqın edən şəxslər yaxalanıb. Binəqədi RPİ-dən SİA-ya verilən xəbərə görə, rayon polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 28-də M.Davudoğlu küçəsindəki yanacaqdoldurma məntəqəsinin operatoru Xəyyam Şıxova, dekabrın 10-da Atatürk prospektindəki yanacaqdoldurma məntəqəsində oranın operatoru Dilavər Cəfərova və dekabrın 12-də C.Xəndan küçəsindəki yanacaqdoldurma məntəqəsində oranın operatoru Orxan Bayramova qarşı soyğunçuluq etməkdə şübhəli bilinən şəxslər yaxalanıb.
Belə ki, aparılan əməliyyat-axtarış tədbiləri nəticəsində həmin şəxslərin Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunan Elşən Əhmədov və İmişli rayon sakini əvvəllər məhkum olunan Yengibar Abbasov olması məlum olub.
İlkin dindirilmə zamanı onlar etdiyi əməli etiraf ediblər. Hazırda qrupun digər üzvü də müəyyən edilib və onun tutulması üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB