Lənkəranda Qarabağ müharibəsi əlilinə yeni ev verilib

Lənkəranda Qarabağ müharibəsi əlilinə yeni ev verilib

Respublikamızın hər yerində Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə diqqət günu-gündən artır. SİA-nın cənub bürosunun məlumatına görə, dekabrın 19-da Lənkəranın ucqar dağ kəndi Biləsərdə yasayan Qarabağ müharibəsi əlili Əkbər Mürsəlova Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) sifarişi ilə inşa olunmuş yeni ev təqdim olunub.

Təqdimetmə mərasimində ƏƏSM-nin əməkdaşları və rayon İcra Hakimiyyəti Aparatının rəsmiləri iştirak ediblər. Nazirliyin sektor mudiri Vidadi Əmənov vətən ugrunda döyuşlərdə sağlamlığını itirmiş butun veteranlara dövlət qayğısının olduğunu və bunun mütəmadi davam etdiriləcəyini bildirib.

Müharibə əlili Əkbər Mursəlov da ona bu cür diqqət və qayğı göstərildiyinə görə, ölkə rəhbərliyinə minnətdarlığını bildirib.

Nazirliyin nümayəndəsi onu da əlavə edib ki, əlil və şəhid ailələrinin digər problemləri də daim ölkə rəhbərliyinin diqqət mərkəzindədir. Belə ki, cari ildə əlillərə 2800-dən çox "Oka"markalı, 500-ədəd isə "Slavuta"markalı avtomobillər verilib. Cari ilin sonuna qədər isə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün respublika üzrə 200, o cümlədən cənub bölgəsində 14 fərdi yaşayış evi istifadəyə veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə