Nurəddin Məmmədli: “Xalq Məclisinin rəsmən elan edilməsinə münasibət birmənalı deyil”
"Ayın sonu keçiriləcək tədbirdə Xalq Məclisinin rəsmən elan olunması ilə bağlı konkret layihə hazırlanıb təqdim olunacaq". Bunu SİA-ya açıqlamasında Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Nurəddin Məmmədli deyib. Onun sözlərinə görə, keçən toplantıda forumun taleyi ilə bağlı konkret təkliflər irəli sürülüb. Sədr müavini bildirib ki, müxalifətin iş birliyinin modifikasiyaları ilə bağlı olan təkliflər müəyyən müzakirələr tələb edir. Partiyalar arasında müzakirələrinin davam etdiyini qeyd edən N.Məmmədli bu işləri qərarlaşdıraraq müəyyən bir sxematik forum yaratmaq lazım olduğunu deyib: "Buna görə dekabrın 28-də keçiriləcək tədbirdə həmin məsələlər müzakirə olunub müvafiq qərarlar qəbul olunacaq".
N.Məmmədli vurğulayıb ki, Xalq Məclisinin rəsmən elan edilməsinə münasibət birmənalı deyil: "Hazırda hamı öz şəxsi fikirlərini ifadə edir. Mənim qənaətimcə, bu real olmayan, eyni zamanda müxalif qüvvələrin iş birliyindən çox olaraq onların dağılmasının müzakirələr yaratmasına səbəb olacaq bir modeldir. Bu səbəbdən istəməzdim ki, bunun ətrafında hər hansı bir ciddi qarşıdurmalar olsun. Amma prinsip etibarı ilə, irəli sürülən təkliflərdən biri də budur. Əgər çoxluq belə bir variantın mümkünlüyünü qəbul etsə, bu məsələ üzərində də işləyəcəyik".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB