Musa Quliyev: "Deputatın statusunun artırılması barədə düşünməliyik" NARAZILIQ

Musa Quliyev: "Deputatın statusunun artırılması barədə düşünməliyik" NARAZILIQ

“Qanun layihələrinə əsasən deputatlara tətbiq edilən məhdudiyyətlər elə göstərilir ki, Milli Məclis seçkili orqan deyil, təyinatlı orqandır. Təyinatlı bir orqanın necə cəza verirsə, elə də cəzlandırırlar”. SİA-nın xəbərinə görə, bunu Milli Məclisin deputatı Musa Quliyev “Milli Məclisinin Daxili Nizamnaməsi"ndə dəyişiklik edilməsi, Milli Məclisi deputatının statusu və Milli Məclisi deputatının etik davranış qaydaları haqqında" qanun layihəsinə dəyişikliklə bağlı layihələrin birinci oxunuşda müzakirəsi zamanı çıxış edərkən deyib.

M.Quliyev söyləyib ki, qanun layihələrində nəzərdə tutulan dəyişikliklər deputatlar deyil, onların əleyhinə olanlar hazırlayıb: “Milli Məclis xalqın seçidiyi orqandır. Bu il biz Cümhuriyyətimizin 100 illiyini qeyd etdik və fəxrlə deyirik ki, Azərbaycan Şərqdə ilk demokratik Respublikadır. Belə olan halda 100 yaşlı Parlamentdə də demokratik dəyərlərə üstünlük verməliyik”.

“Bəzən deyirlər ki, deputatlara hörmət edilmir. Hörmətsizlik elə qanun layihələrində təklif olunan dəyişikliklərdən görünür. Əvvəlki qaydalarda heç olmasa deputatın mandatının ləğv edilməsi Milli Məclisin müzakirəsinə çıxarılırdı. Amma indi heç müzakirəyə də çıxarılmır. Yaxşı olardı ki, bizim qəbul edəcəyimiz nizamnamə beynəlxalq ekspertiziyaya verilərək onun Avropa standartalarına uyğun olması yoxlanılsın. Layihədə nəzərdə tutulan dəyişikliklərdə bildirilir ki, deputat Milli Məclisin iclasında öz mandatından imtina edərsə, onun geri götürə bilməz. Ola bilər ki, insan əsəbləşər və həmin an özü də bilmədən bundan imtina edər. Lakin sonradan peşman da ola bilər. Biz ona zaman verməməliyik?”, -deyə M.Quliyev qeyd edib.

Təklif olunan dəyişikliklərə əsasən deputatın hər hansı iclasda 3 dəfə iştirak etmədiyinə mandatından məhrum edilmə məsələsinə münasibətini bildirən M.Quliyev bunun düzgün olmadığını dilə gətirib: “Sizcə, daimi iclasda olub heç bir fikir irəli sürməmək yaxşıdır, yoxsa ayda iki iclasda iştirak etməmək? Biz deputatın statusunun artırılması barədə düşünməliyik, nəinki onları məhdudlaşdırmaq haqqında. Ümumilikdə ikinci oxunuşa qədər biz bir neçə məsələləri dəqiqləşdirməli, mandatdan məhrum etməklə bağlı məsələlərə ciddi yanaşmalıyıq. Layihəni qəbul edirəm, amma ikinci oxunuşa qədər tənqidlərim nəzərə alınsın”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə