Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin dəstəyi ilə "İrəli" İctimai Birliyi tərəfindən keçirilən növbəti "Gənc Liderlər Üçün Qış Universiteti" layihəsi sona çatıb. Qurumun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, tədbirin əsas məqsədi gənc liderlərin idarəetmə bacarıqlarının təkmilləşdirilməsi, habelə yerli özünüidarəetmə və qeyri-hökumət təşkilatları arasında əməkdaşlığın inkişaf etdirilməsi olub.
Bakcell MMC-nin Korporativ Kommunikasiya şöbəsinin müdiri Pərvanə Məmmədovanın "ünsiyyət bacarıqları və korporativ sosial məsuliyyət", Mərkəzi Bankın Tədqiqatlar və İnkişaf Mərkəzinin direktoru Emin Hüseynovun "İqtisadiyyat və maliyyə sistemlərinin əsasları" və "Strateji planlaşdırma və idarəetmə" mövzularında çıxışlar maraqla qarşılanıb. Çıxışların sonunda ekspertlər gənc liderləri maraqlandıran sualları cavablandırıb.
Qış Universitetinin son günü iştirakçılar Golden Pay şirkətinin təsisçisi və direktoru Fərid İsmayılzadə ilə görüşüblər. F. İsmayılzadə onlarla "Elektron şəbəkələşmə" mövzusunda öz təcrübələri ilə bölüşüb və bu istiqamətdə praktiki məsləhətlər verib. Şəbəkələşmə ilə yanaşı Elektron Hökümət konsepsiyası barədə də danışan ekspert Azərbaycanda da bu sahədə islahatların başladığını vurğulayıb.
Tədbirin son ekperti isə "İrəli" İctimai Birliyinin həmtəsisçisi, Prezident Administrasiyasının nümayəndəsi Fərhad Məmmədov olub. O, gənc liderlərlə "Muasir Dünyada Liderlik" haqqında söhbət edib. İştirakçılarla sual-cavab sessiyasından sonra tədbir qapalı elan edilib.
Təlimlər zamanı iştirakçılar liderlik və idarəetmə bacarıqlarını püxtələşdirib, şəbəkələşmək və professional əlaqələr qurmaq imkanı əldə ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB