Rəsul Quliyev Fransa senatına da xəyanət etdi MEDAL SATIR

Rəsul Quliyev Fransa senatına da xəyanət etdi MEDAL SATIR

Azərbaycan dövlətinin maraqlarına xəyanət edərək, ölkədən qaçan və uzun illərdir okeanın o tayında yaşayan eks-spiker Rəsul Quliyev bu dəfə Fransa dövlətinin vaxtilə ona göstərdiyi etimadına xəyanət edib. SİA xəbər verir ki, ACP və ADP siyasi müxalifət partiyalarının sabiq lideri “E-bay” elektron satış mərkəzində Fransa senatın tərəfindən ona təqdim olunmuş xatirə medalını 147 ABŞ dollarına satışa çıxarıb.

Xatırladaq ki, Rəsul Quliyev 1996-cı ilin sentyabrında parlament sədri vəzifəsindən “xəstəliyi ilə əlaqədar” adı ilə istefa verdikdən sonra ölkə ərazisini tərk edib.

Azərbaycan Respublikasının Baş Prokurorluğunda Rəsul Quliyev barəsində Cinayət Məcəlləsinin 179.2.1, 179.2.3, 179.3.1, 179.3.2-ci (mənimsəmə və israfetmə yolu ilə külli miqdarda əmlakı talama), 313-cü (vəzifə saxtakarlığı) və 309.1-ci (vəzifə səlahiyyətlərini aşma) maddələri üzrə cinayət işi açılıb. Təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb olunan eks-spiker istintaqdan qaçıb gizləndiyinə görə Bakı Şəhər Səbail Rayon Məhkəməsinin 10 oktyabr 2000-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməklə beynəlxalq axtarışa verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə