Mottəki Əhmədinejadı tənqid edib

Mottəki Əhmədinejadı tənqid edib
İranın keçmiş xarici işlər naziri Mənuçöhr Mottəki keçən həftə prezident Mahmud Əhmədinejad tərəfindən vəzifəsindən azad edilməsini təhqiredici və qeyri-islami addım kimi qiymətləndirib. SİA-nın məlumatına görə, Mehr xəbər agentliyi Mənuçöhr Mottəkiyə istinadən bildirib ki, Seneqala səfər etməzdən əvvəl Əhmədimejad ona vəzifəsindən kənarlaşdırılacağı barədə heç bir söz deməyib. Prezidentin sözçüsü dünən Mottəki ilə vidalaşma mərasimində onun qərbi Afrikaya səfərdən öncə işdən çıxarıldığını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə