“Amerika silahı almaq Yerevana baha başa gələr” Aleksandr Xramçixin
“ABŞ prezidentinin Milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun Ermənistanda səsləndirdiyi bəyanatı hazırkı ABŞ administrasiyasının tipik davranış stilidir”. SİA xəbər verir ki, bu barədə Ruusiyanın Siyasi və hərbi analiz institunun direktor müavini Aleksandr Xramçixin news.am saytına açıqlamasında deyib.
Rusiyalı ekspertin sözlərinə görə, Vaşinqtonun siyasi isteblişmentində yalnız bir arzu var – gəlir əldə etmək. “ABŞ prezidenti Donald Tramp gəlir əldə etmək arzusunda olan biznesmen kimi fəaliyyət göstərir. Yəni, Tramp necə ki, biznesmen idi, elə də qalıb, hətta prezident olsa belə. O, sadəcə istəyir ki, Amerikada fəaliyyət göstərən böyük şirkətlər əlavə pullar qazansınlar və buna müvafiq olaraq o, bütün əlverişli metodlardan istifadə edir ki, digər rəqiblərini sıxışdırıb kənara çıxarsın. Hazırkı məqamda əsas rəqib kimi Rusiyadır”, Xramçixin bildirib.
Bununla yanaşı, o qeyd edib ki, əgər Ermənistan ABŞ-a yaxınlaşmağa, başlayarsa və bu vasitə ilə rusiyalı partnyorlarından imtina edərək, amerikalıların silahlarını almaq qərarını verərsə, bu, Kremlin xoşuna getməyə bilər, eləcə də inciklik üçün səbəb yaranar. “Mən bilmirəm, bütün bunlar hansı dramatik nəticələrə gətirib-çıxaracaq”. Deyən rus hərbi eksperti digər ilginc xatırlatmaları edib: “Bəlkə də heç bir nəticəyə çıxarmaya da bilər. Lakin Gürcüstan, Ukrayna nümunələri göstərir ki, Rusiyaya qarşı Amerika ilə dostluq etmək kədərli sonluqlara aparıb-çıxara bilər.
Xramçixin eyni zamanda diqqəti amerikalıların silahlarının bir sıra məqamlarda Rusiya silahlarından keyfiyyətli olmasına yönəldib və bildirib ki, müasir silahlar heç də ucuz qiymətə satılmır. Ekspertə görə, dəqiq budur ki, Ermənistanın hərbi büdcəsi bu cür xərcləri qarşılamaq gücündə və potensialında deyil. “Ukraynada da indi bənzər situasiya yaranıb və bu, Ermənistan büdcəsindən kifayət qədər çox büdcəyə malik olan ölkədə baş verir. Ukrayna dilemma qarşısındadır”, Xramçixin bildirib.
Rusiyalı ekspert ümumiyyətlə, Ermənistanın Amerika silahlarını alacağı təqdirdə na yeni deyil, soyuq müharibə illərindən qalmış və keyfiyyətini itirmiş silahların veriləcəyini bildirib. O, bu məsələdə də Ukrayna nümunəsini göstərib. Belə ki, ABŞ Ukraynaya məhz köhnə silahları satır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB