Qırğızıstanda baş nazir vəzifəsinə sosial-demokratların lideri gətirilib

Qırğızıstanda baş nazir vəzifəsinə sosial-demokratların lideri gətirilib

Qırğızıstanda Respublika, Ata Yurt və Sosial Demokrat partiyalarının koalisiya formalaşdırmasından sonra baş nazir vəzifəsinə sosial-demokratların lideri Almazbek Atambayev gətirilib.

SİA-nın xəbərinə görə, baş naziri və parlament sədrini seçmək üçün toplanan 120 nəfər deputat arasında keçirilən səsvermədə Atambayev 92 səs alıb.

Parlamentin sədri vəzifəsinə isə Ata Yurt Partiyasından olan millət vəkili Ahmatbey Kaldibekov seçilib. Bu partiyanın lideri Ömürbek Babanov isə baş nazirin birinci müavini olub.

İlk səfərini Rusiyaya edəcəyini açıqlayan baş nazir Atambayev qonşu ölkərlə yanaşı, Türkiyə, ABŞ və AB ölkələri ilə əməkdaşlığı artıracaqlarını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə