Azərbaycan nümayəndə heyəti İTK-nın Tehranda keçirilən Nazirlər Konfransında iştirak edir
Dekabrın 19-da Tehran şəhərində İslam Konfransı Təşkilatının (İKT) "İslam Konfransı Təşkilatına üzv ölkələrin inkişafında qadınların qolu" mövzusunda üçüncü Nazirlər Konfransı işə başlayıb.
SİA-nın xəbərinə görə, konfransda Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanovanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunur.
İran Prezidenti Mahmud Əhmədinejad konfransın açılışında iştirak edib.
Konfrans dekabrın 21-dək davam edəcəkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB