ABŞ prezidenti Barak Obama Ağ Evdə yeni Əfqanıstan-Pakistan strategiyasını açıqlayıb.
SİA-nın "trt"yə istinadən verdiyi xəbərə görə, prezident əsas hədəflərinin bu iki ölkədəki "Əl Qaidə" və "Taliban" qruplaşmalarının parçalanması və məğlubiyyətə uğraması, ABŞ və müttəfiqlərinin gələcəyini təhdid etmə qabiliyyətinin əngəllənməsi olduğunu söyləyib.
Obama "Taliban" və "Əl Qaidə" ilə mübarizədə önəmli irəliləyişlərə nail olduqlarını bildirib və ölkəsinin planlaşdırıldığı kimi, iyul ayında Əfqanıstandan əsgərlərini çəkməyə başlayacağını qeyd edib.
Obamadan sonra çıxış edən müdafiə naziri Robert Qeyts isə çəkilmənin nə qədər sürətli olacağının bölgədəki şərtlərə bağlı olacağını vurğulayıb.
Dövlət katibi Hillari Klinton da ABŞ-ın Əfqanıstandakı hərbi qüvvələrini geri çəkərkən tarixi təkrarlamayacağını və əfqan xalqını tərk etməyəcəyini vurğulayıb.
Ağ Evdə bu strategiya açıqlanarkən bayırda müharibə əleyhdarları etiraz aksiyası keçirib. Nümayişçilər Əfqanıstan müharibəsinə son qoyulmasını və dərhal əsgərlərin geri çəkilməsini tələb ediblər. Özlərini Ağ Evin bağça divarına zəncirləyən iki nəfər isə həbs olunub
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB