"“Regnum" İnformasiya Agentliyinin baş redaktoru, eyni zamanda Rusiya Federasiyasının I dərəcəli dövlət müşaviri Modest Kolerov “168 jam” qəzetinin müxbiri ilə söhbətində ABŞ-ın Milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun Ermənistana səfərini şərh edib”. SİA xəbər verir ki, bu barədə adıçəkilən erməni nəşrində bildirilir. “Boltonun Ermənistanda verdiyi bəyanatı Paşinyana ünvanlanıb”, deyə qeyd edən Modest Kolerov hesab edir ki, amerikalı siyasi ABŞ-ın konkret addımları vasitəsi ilə bilavasitə Paşinyana göstərdiyi xidmətinə görə, xidmət haqqını istəyib: “ABŞ ona siyasi cəhətdən kömək etdi, indi də Paşinyan praktiki fəaliyyəti ilə onlara ödəniş etməlidir. Misal üçün, Qarabağ münaqişəsinin həll olunması prosesində dinamiklik göstərərək, bunu amerikalıların təşəbbüsü kimi təqdim etmək”.
Kolerova görə, Nikol Paşinyan Birləşmiş Ştatlar qarşısında borclu qalıb və ona bu borcu qaytarmağı xatırladıblar. “Əgər hər şey necə gedirdisə və eləcə də davam edərsə, Qarabağ münaqişəsinin əvvəlki sxem üzrə həlli məsələsinin qeyri-mümkünsüzlüyü daha da gərginləşəcək. Nikol nə isə etməyə məcbur olacaq. Bu, onun üçün birinci ciddi problemdir”, deyə rusiyalı siyasi bildirib.
Rusiyaya gəlincə, Modest Kolerovun sözlərinə görə, ölkəsi baş verən hadisələrə müdaxilə etməyəcək və sadəcə, olayları izləməklə kifayətlənəcək. “Moskvanın Paşinyanla hərbi sahədə dialoqu kifayət qədər olub”, deyə qeyd edən rus ekspert, artıq buna ehtiyacın duyulmadığına eyham vurub.
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB