“Bakı Beynəlxalq Humanitar Forumunda qlobal problemlər müzakirə edilir, əhəmiyyətli mövzular ətrafında fikir mübadiləsi aparılır”. Bu fikirləri SİA-ya açıqlamasında Oman Xəbər Agentliyinin baş direktoru Məhəmməd bin Mübarək Əl-Ərimi deyib.
Müxtəlif dövlətlərin nümayəndələrinin iştirakı ilə dünya üçün faydalı məsələlərin müzakirəsinin böyük əhəmiyyət kəsb etdiyini deyən forumun nüfuzunun ildən-ilə artdığını dilə gətirib: “Bakıda olub bu forumun iştirakçısına çevrilməkdən çox məmnunam. Hər dəfə gələndə həm forumda müzakirə olunan mövzular, həm də ümumilikdə ölkənizlə bağlı yeniliklərin, inkişafın şahidi oluram. Bakı çox gözəl şəhərdir”.
Qonaq qeyd edib ki,Bakı Beynəlxalq Humanitar Forumunun özəlliklərindən biri tədbirin yüksək səviyyədə təşkil edilməsi və aktual məsələləri özündə birləşdirməsidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB