Qazax rayon Polis Şöbəsinin əməkdaşları dəmiryolu relslərini sökərək oğurlayan rayon və Bakı şəhər sakinlərini yaxalayıb. Bu barədə SİA-nın bölgə müxbirinə Qazax rayon Polis Şöbəsindən məlumat verilib.
Məlumata görə, Cəfərli kəndi ərazisindən keçən 100 metr uzunluğunda dəmiryolu xəttini oğurlamağa cəhd edən Ədalət Haqverdiyev və Etibar Əliyev tutulub.
İlkin dindirilmə zamanı məlum olub ki, adıçəkilən şəxslər dəmiryolu relslərini satmaq məqsədi ilə oğurlamaq istəyiblər.
Hazırda faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB