Ermənistanda növbəti qiyam reallığı ANALİTİK

Ermənistanda növbəti qiyam reallığı ANALİTİK

Yaxud, yeni sistem köhnə sistemin səhvlərini təkrarlayır

Ermənistanda dekabr ayında keçirilməsi gözlənilən növbədənkənar parlament seçkiləri ətrafında vəziyyət gərginləşir. Hətta ekspertlər ölkədə silahlı müqavimətin baş verəcəyini də istisna etmirlər. Onlar bu kimi proqnozların əsaslarının kifayət qədər çox olduğunu bildirirlər.

Yeri gəlmişkən, xatırlamaq olar ki, Ermənistanın müxtəlif siyasi gücləri dəfələrlə güc tətbiqlərinə əl atıblar. Misal üçün, 1997-ci ildə parlamentdə törədilmiş terror aksiyası, “Sasna Srer” qruplaşmasının silahlı aksiyası və həmin aksiya zamanı polis alayının zəbt edilərək, bir neçə hüquq-mühafizə əməkdaşının qətlə yetirilməsi və s. kimi olayları buraya əlavə etmək olar.

Sarqis Artsruni: “İnqilab liderinin hər bir ifadəsinin cəmiyyət tərəfindən birmənalı şəkildə qəbul edilməsi zamanı yavaş-yavaş geridə qalmağa başlayır”

Məhz indi, erməni ictimaiyyəti anlamağa başlayır ki, Nikol Paşinyan Ermənistanı bütün bəlalardan qurtara biləcək “ağ atlı oğlan” deyil. O da əbəs deyil ki, artıq ölkə mətbuatında daha çox “Paşinyanın qeyri-dəqiq hesablaması”, “Paşinyanın hədəfdən yanınması” və bu kimi bənzər başlıqlı yazılar işıqlandırılır.

Məhz bu baxımdan, həmin yazılardan və ekspert rəylərindən bir neçəsinə yanaşma edərək, Ermənistandakı vəziyyətin nə yerdə olduğunun analizini apara bilərik. SİA xəbər verir ki, “Birinci informasiya” (1in.am) portalında siyasi məqalələri ilə çıxış edən analitik Sarkis Artsruninin yazdığına görə, Nikol Paşinyan bir reallıqla barışmalıdır ki, parlament seçkilərindən sonra hakimiyyətin bütün yükü öz ağırlığı ilə onun çiyinlərinə düşəcək və bu amil onun reytinqinin aşağı enməsi ilə nəticələnəcək. “Başqa sözlə, inqilab liderinin hər bir ifadəsinin cəmiyyət tərəfindən birmənalı şəkildə qəbul edilməsi zamanı yavaş-yavaş geridə qalmağa başlayır”, yazan erməni analitik əlavə edir ki, əgər Paşinyan yeni beş illik mandata iddialıdırsa, inqilabi ritorikadan imtina edərək, kütlənin alqışlarına deyil, cəmiyyətin sosial seqmentinin və beynəlxalq ictimaiyyətin qəbul edəcəyi, eləcə də yaxşı düşünülmüş mətnlər üzərində dayanmalıdır.

Vigen Sarkisyandan Nikol Paşinyana: “Siz, hazırda onilliklər boyu yaradılanları ardıcıllıqla məhv edib-dağıdırsınız”

Bundan əlavə, sabiq müdafiə naziri Vigen Sarkisyan fecebook səhifəsində Nikol Paşinyana müraciətində yazıb: “Siz, hazırda onilliklər boyu yaradılanları ardıcıllıqla məhv edib-dağıdırsınız”.

Parlamentin Respublika partiyasından olan fraksiya üzvü, eyni zamanda siyasi təşkilatın sədr müavini Armen Aşotyanın fikirlərini isə “Novosti-Armeniya” yazır. İnformasiyia mənbəsinin qeyd etdiyinə görə, “inqilabi dəyərlər” Ermənistanda avtoritar rejimin əsaslarını qoymaqdadır. “Paşinyan seçilənə qədər vəd edirdi ki, ölkə büdcəsini qısa müddətdə yarım milyard dollara qədər artıracaq. Bu baş vermədi”, adıçəkilən nəşr Aşotyanın fikirlərini yazıb. “Bənzər vədlərin kifayət qədər populizm qoxusu verdiyindən əmin olmuşuq”, erməni siyasətçi deyib.

Aşotyan artıq zənglərin vurulmasının vaxtının çatdığını bildirib və baş verən hadisələr fonunda insanları gözlərini açmağa, hadisələri düzgün qiymətləndirməyə çağırıb.

Beləliklə, görünən budur ki, Ermənistanda əmələ gələn növbəti avtoritar rejimə qarşı köhnə avtoritar rejim mübarizəyə başlayıb. Son olaraq ki, Ermənistannın beynəlxalq əlaqələr və təhlükəsizlik institunun direktoru, politoloq Stepan Safaryanın fikirləri diqqətçəkicidir. O, öz növbəsində bildirib ki, sabiqlərin, yəni Qarabağ klanının yalnız bir variantları qalıb – silahlı dövlət çevrilişi...

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə