Dominikanda vəba xəstəliyi yayılır

Dominikanda vəba xəstəliyi yayılır

Dominikan Respublikasında vəba xəstəliyinə yoluxma halları artır. SİA-nın türk mətubatına istinadən verdiyi xəbərə görə, ölkənin Səhiyyə Nazirliyinin yaydığı məlumata əsasən, son bir neçə gün ərzində daha 8 yoluxma faktı qeydə alınıb. Bununla da ölkə ərazisində vəba xəstəliyinə yoluxanların sayı 46 nəfərə çatıb.

 

Məlumatda bildirilir ki, ölkə ərazisində epidemioloji vəziyyət nəzarət altındadır. Xatırladaq ki, cari ilin oktyabr ayından başlayaraq Haitidə 111 min insan vəba xəstəliyinə yoluxub. Onlardan 2478-nin öldüyü bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə