Türkdilli Dövlətlərin Əlaqələndirmə Şurasının baş katibi TÜKPA-da olub

Türkdilli Dövlətlərin Əlaqələndirmə Şurasının baş katibi TÜKPA-da olub
Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) ofisində TÜRKPA baş katibi Ramil Həsənov Türkdilli Dövlətlərin Əlaqələndirmə Şurasının baş katibi səfir Halil Akıncını qəbul edib. Bu barədə SİA-ya qurumun mətbuat xidmətindən məlumat verilib. Qonağı salamlayan TÜRKPA baş katibi təşkilatın fəaliyyəti, il ərzində görülən işlər, beynəlxalq əməkdaşlıq çərçivəsində atılan addımlar barədə qonağa geniş məlumat verib.

Yeni vəzifəyə seçilməsi münasibəti ilə Halil Akıncını təbrik edən TÜRKPA baş katibi qurum ilə Türkdilli Dövlətlərin Əlaqələndirmə Şurası arasında birgə fəaliyyətin, ortaq layihələrin həyata keçirilməsinin çox vacib olduğunu vurğulayıb.

Səmimi qəbul üçün təşəkkür edən Halil Akıncı TÜRKPA-nın fəaliyyətinə xüsusi önəm verdiklərini, Türkdilli Dövlətlərin Əlaqələndirmə Şurasının Beynəlxalq Təşkilat kimi güclənməsi və inkişaf etməsində TÜRKPA-nın təcrübələrindəndə faydalanmağa maraqlı olduqlarını bildirib.

Mərkəz ofisi İstanbulda olan, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə prezidentləri tərəfindən qurulan, Türkmənistan prezidentinində qonaq statusunda iştirak etdiyi Türkdilli Dövlətlərin Əlaqələndirmə Şurasının qısamüddətli fəaliyyəti ilə bağlı məlumat verən Halil Akıncı TÜRKPA ilə əməkdaşlıq etməyə hazır olduğunu bildirib.

Sonra qonağa TÜRKPA adından xüsusi hədiyyələr verilib .Görüşdə TÜRKPA Baş katibinin Türkiyədən olan müavini Kürşat Melih Sarıarslan və Qazaxıstandan olan müavini Mels Semqaliyev iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə