“Boltonun Azərbaycanla bağlı fikirləri alqışlanmalıdır" ÖZƏL-RƏY
“ABŞ Prezidentinin Milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton Cənubi Qafqaz ölkələrinə səfərinin yekunları ilə bağlı açıqlamalarında daha çox Azərbaycanın adını çəkmiş, öz Tvitter hesabında da Azərbaycana və Azərbaycan Prezidentinə xüsusi təşəkkür etmişdir. Bu artıq onun göstəricisi sayılır ki, Azərbaycan regionun lider dövlətidir, eləcə də Azərbaycan etibarlı tərəfdaşdır, dayanıqlı inkişafa malikdir və dayanıqlı daxili sabitliyə, stabilliyə malikdir”. Bunu SİA-ya açıqlamasında millət vəkili Elman Məmmədov deyib.
Onun sözlərinə görə, Azərbaycanın apardığı xarici və daxili siyasət uğurla davam edir və nəticələrini verir: “Azərbaycan sülhsevər dövlətdir və humanitar sahələrdə, bütün istiqamətlərdə dinlərin, dillərin, mədəniyyətlərin birgəyaşayışının mövcud olmasını və bunun mümkün olmasını dünyaya sübut edən bir dövlətdir. Bax bütün bu deyilənlər hamısı Con Boltonun danışığında da öz əksini tapmışdır. Ancaq Bolton İrəvanda verdiyi açıqlamasında Dağlıq Qarabağ probleminin həlli ilə bağlı fikrində prosesin çox mürəkkəb olduğunu dilə gətirdi. Yəqin ki o Ermənistan dövlətinin xətrinə dəymək istəmirdi. Amma ABŞ-ın Ermənistandakı səfiri bu problemin həlli yolunun Azərbaycanın işğal olunmuş torpaqlarının qaytarılmasından keçir. Bunu Con Bolton da bilir və o gərək ermənilərə bu sözü deyərdi. Amma yenə də Bolton Azərbaycanla bağlı çox xeyirxah fikirlər səsləndirdi. Təbii ki, bu da alqışlanmalıdır. Bu cənab Prezident İlham Əliyevin apardığı siyasətin, seçdiyi yolun doğruluğunu və gələcək üçün Azərbaycanı daha böyük uğurlara imza atacağını göstərən bir istiqamətdir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB