KTMT-yə üzv ölkələrin rəhbərləri Astanada toplanacaq

KTMT-yə üzv ölkələrin rəhbərləri Astanada toplanacaq

Noyabrın 8-də dövlət başçıları səviyyəsində Astanada KTMT Şurasının iclası keçiriləcək. SİA-nın xəbərinə görə, bu barədə Qazaxıstan mətbuatı yazır.

“Noyabrın 8-də günün ilk yarısında KTMT Xarici İşlər Nazirlərinin toplantısı, günün ikinci yarısında isə dövlət başçıları səviyyəsində KTMT Şurasının iclası olacaq", - deyə məlumatda qeyd olunur.

Qeyd edək ki, KTMT-yə Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Ermənistan daxildir.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə