Lənkəranda ərazilərin dəqiqləşdirilməsinə həsr olunmuş seminar keçirilib

Lənkəranda ərazilərin dəqiqləşdirilməsinə həsr olunmuş seminar keçirilib

Cənub regionunda ərazi vahidlərinin dəqiqləşdirilməsinə başlanılıb. İşlərə ilkin olaraq Lənkəran və Astara rayonlarını ayıran Telman kəndindən start verilib. Lənkəran və Astara ilə yanaşı, bölgənin digər 5 rayonunda da ərazi vahidlərinin dəqiqləşdirilməsi aparılacaq. SİA-nın Cənub bürosunun məlumatına görə, bu münasibətlə dekabrın 17-də Lənkəran Şəhər İcra Hakimiyyətində ərazi vahidlərinin dəqiqləşdirilməsinə həsr olunan regional seminar keçirilib.

Cənub rayonlarının torpaq və xəritəçəkmə şöbələrinin rəisləri, bələdiyyə sədrləri və digər adiyyatı qrumların nümayəndələrinin iştirak etdiyi seminarda Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin aparat rəhbəri Rafiq Süleymanov şıxış edərək bildirib ki, tədbirlər planı ölkə başcısı İlham Əliyevin "Azərbaycan respublikası ərazi vahidlərini və inzibati ərazi dairələrinin dövlət reyestrinin aparılmasi, həmçinin şəhadətnamalərin verilməsi haqqında" imzaladığı sərəncama uyğun olaraq həyata keçirilir.

R.Süleymanov daha sonra əlavə edib ki, ümumiyyətlə bu mərz çəkmə işləri torpaq islahatının vəzifələrinə uyğun olaraq bütün torpaq sahələrində, o cümlədən dövlət, bələdiyyə və xüsusi mülkiyyətə aid olan torpaq sahələri sərhədlərində həyata keçiriləcək.

Qeyd edək ki, ərazi vahidlərinin dəqiqləşdirilməsi ən müasir üsulla, yəni paytaxtan gətirilən CPS – "qlobal mövqe müəyyən etmə" cihazı vasitəsi ilə müəyyənləşdirilir. Tədbir çərçivəsində Lənkəranla Astaranı ayıran Telman kəndi ərazisində bu iki rayonun ərazi vahidləri dəqiqləşdirilib. Hər iki rayon arasında ərazilər müəyyənləşdikdən sonra torpaqlar arasında mərz nişanları basdırılıb. Görülən işlər nəticəsində Lənkəran, Astara, Lerik, Yardımlı, Masallı, Cəlilabad və Biləsuvar rayonlarında uzun illərdir torpaq sahələrinin bölünməsi ilə bağlı yaranan problemlər aradan qalxacaq. Torpaq bölgüsündən sonra sözügedən rayonların, o cümlədən bələdiyyə əraziləri tam dəqiqləşdiriləcək və bunu təsdiq edən şəhadətnamələr veriləcək.

Seminarda bildirilib ki, ərazi vahidlərinin dəqiqləşdirilməsi işləri torpaqların əhali tərəfindən düzgün istifadəsini və onların mühafizəsini təmin edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə