“Dünya ölkələrinin Azərbaycandan öyrənəsi çox şeylər vardır" ÖZƏL-ŞƏRH
"Bakıda keçirilən VI Beynəlxalq Humanitar Forumun keçirilməsi göstərdi ki, Azərbaycan Respublikası dünyanın humanitar məsələlərinin müzakirə və həll olunduğu vacib mərkəzdir”. Bunu SİA-ya açıqlamasında millət vəkili Musa Qasımlı deyib.
Onun sözlərinə görə, cənab Prezident İlham Əliyevin nitqi dünyanın humanitar böhranlardan xilas olması üçün yolları konkret göstərdi: “Dünya ölkələrinin Azərbaycandan öyrənəsi çox şeylər vardır. Bakıda beynəlxalq səviyyəli tədbirlərin keçirilməsi artıq ənənə halını alıb. VI Beynəlxalq Humanitar Forumu olduqca samballı tədbirdir. Forum həm də Azərbaycanın dünyadakı gücünü göstərir. Bakıda keçirilən forumlar xalqımızın, ölkəmizin tolerantlığının, multikultural dəyərlərə sahib çıxmasının göstəricisidir. Azərbaycanın dövlət başçısı Forumdakı çıxışında dünyaya çox ciddi mesajlar göndərdi. Hesab edirəm ki, Forumda səslənən fikirlər, irəli sürülən təkliflər bundan sonra ciddi müzakirələrə səbəb olacaq”.
Qeyd edək ki, oktyabrın 25-də Bakıda VI Beynəlxalq Humanitar Forum işə başlayıb. “Yeni dünya və yeni insan formalaşdıraq: kreativlik və insan inkişafı” mövzusunda keçirilən budəfəki Foruma 86 ölkə və 24 beynəlxalq təşkilatdan 581 nümayəndə qatılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB