Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) ofisində TÜRKPA baş katibi Ramil Həsənov TÜRKSOY-un baş katibi Düseyin Kaseyinovu qəbul edib. Qurumun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, qonağı salamlayan TÜRKPA baş katibi təşkilatın fəaliyyəti, il ərzində görülən işlər, beynəlxalq əməkdaşlıq çərçivəsində atılan addımlar barədə qonağa geniş məlumat verib. Qurumun baş katibi TÜRKPA ilə TÜRKSOY arasında birgə fəaliyyətin, ortaq layihələrin həyata keçirilməsinin çox vacib olduğunu vurğulayıb.
Gələcəkdə ikitərəfli əməkdaşlıq barədə sazişin imzalanmasının da ortaq fəaliyyətimizə təkan verə biləcəyini qeyd edən Ramil Həsənov, bunun üçün üzərlərinə düşən işin yüksək səviyyədə həyata keçirə biləcəyini qeyd edib.
Səmimi qəbul üçün təşəkkür edən Düseyin Kaseyinov TÜRKPA-nın fəaliyyətinə xüsusi önəm verdiklərini, TÜRKSOY-un Beynəlxalq Təşkilat olaraq TÜRKPA ilə əməkdaşlıq etməsində maraqlı olduqlarını bildirib. Mərkəz ofisi Ankarada olan, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Türkmənistan və Özbəkistan Mədəniyyət nazirləri tərəfindən qurulan TÜRKSOY-un fəaliyyəti ilə bağlı məlumat verən Düseyin Kaseyinov TÜRKPA ilə ortaq layihələrin,birgə seminarların və konfransların həyata keçirilməsi məsələsində həmrəy olduqlarını bildirib.
Sonra qonağa TÜRKPA adından xüsusi hədiyyələr verilib.
Görüşdə TÜRKPA baş katibinin Türkiyədən olan müavini Kürşat Melih Sarıarslan və Qazaxıstandan olan müavini Mels Semqaliyev iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB