Qondarma “erməni soyqırımı”nın yenidən gündəmə gəlməsi ABŞ-dakı türkləri hərəkətə gətirib
Qondarma "erməni soyqırımı" barədə qətnamə layihəsinin ABŞ Konqresinin Nümayəndələr Palatasında rədd edilməsini təmin etmək üçün ABŞ-dakı türk qeyri-hökumət təşkilatları fəaliyyətə başlayıblar. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, Türkiyənin Vaşinqton səfiri Namiq Tanın Twitter şəbəkəsində "Erməni təşkilatları 1915-ci il olayları ilə bağlı iddiaların mövcud olduğu qətnamə layihəsinin Nümayəndələr Palatasında bu gün səsə qoyulması üçün kampaniyaya başlayıblar. Bütün türk, amerikalı ictimaiyyətinin lazımi münasibət göstərəcəyindən əminəm" açıqlamasını yerləşdirməsindən sonra, ABŞ-da fəaliyyət göstərən türk qeyri-hökumət təşkilatlarının nümayəndələrinin ABŞ-da yaşayan türklərlə birlikdə qətnaməyə səs verəcək Konqres üzvlərinin əleyhinə səsini vermələri üçün birgə kampaniyaya başladıqları məlum olub.
Eyni zamanda ABŞ-da fəaliyyət göstərən 250 türk dərnək və təşkilatlarını birləşdirən Türk Amerikan Dərnəkləri Federasiyası və Türk Amerikan Dərnəkləri Assambleyası rəhbərləri Kaya Boztəpə və Günay Övünç ABŞ Nümayəndələr Palatası üzvlərinə yazdıqları birgə məktubda onları qondarma "erməni soyqırımı"na dair qətnamə layihəsinin əleyhinə səs verməyə çağırıblar. Konqres üzvlərinə yazılan məktubu ABŞ-da yaşayan 500 min türk və bu ölkədə fəaliyyət göstərən 250 türk dərnəyinin adından yazılıb.
Məktubda türk icmasının rəhbərləri qətnamə layihəsinin Türkiyə və müsəlmanları haqsız ittiham etdiyini və layihənin keçməsi halında ABŞ-ın bölgədə etibarının mənfi təsir edəcəklərini bildiriblər: "Erməni iddiaları ilə bağlı müzakirəni siyasətçilərin deyil, tarixçilərin aparmalıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB