Qəribə səslənir. Müxalifət, dünənə kimi açmadığı "xatirələr"ini dilə gətirdiklərini görüb, öz-özümə düşünürəm: əcəba, ölüməmi gedirlər? Axı, onlar o "xatirələr"ini danışırlar ki, 2003-cü ildən etibarən artıq arxivə atılıblar. Bəlkə də bu sualın heç yeri deyildi. Çünki 25 ildir, ölü olduqları kimi, təfəkkürləri də elə ölüdür və 25 ildir "bəlkə də qaytardılar" xəyalı ilə yaşayırlar. İndi isə gördülər ki, müstəqil, güclü ölkə və onun xalqı güclü liderlə birlikdədir. Başlayıblar "xatirələr yaddaşlarda qalmağa". Çünki bilirlər ki, haqqdan və xalqdan qaçmaq olmaz.
Elə bu günlərdə "Ümid" partiyasının sədri İqbal Ağazadə "Azadlıq salnaməsi"ndən danışdı. Müsavatın indiki başqanı Arif Hacılı ilə 15-16 oktyabr 2003-cü il hadisələrini yada salaraq, "özünü müxalifətin "ən güclü lideri" kimi təqdim edən İ.Ağazadə Müsavatın keçmiş başqanı İ.Qəmbəri qorxaq adlandırdı. İndiki başqan A.Hacılı da "tərəfkeşlik" edərək, İqbalı "səviyyəli" olmağa çağırdı. İqbal da müsavatdakıları "səviyyəsizlər səviyyəsizlərin yanında olar" deyib, xaricdən verilən 3 milyon dollrı qadınların alt paltarında hara qaçırdıqlarını soruşdu: "Əlbəttə ki, cavab verməyə üzüdə yoxdur. Çünki o milyonlarla dollar sən A.Hacılınını cibinə gedib".
Rəhim Qazıyev İsa Qəmbərlə Cəmil Həsənliyə dozanqurdu dedi
Elə bu "xatirələrə" qoşulan sabiq müdafiə naziri Rəhim Qazıyev İ.Qəmbərlə Cəmil Həsənlinin həqiqətlərdən qaçdığını, 3 milyon dollar pulu aradan çıxardıqlarını bildirib. "AXC-Müsavat rəhbərləri bünövrədən satqın olublar. Ləkəli və satqın olan bu adamlar həyasızdırlar".
Pənah Hüseyn yoldaşlarını "mat" qoydu
Bunun ardınca AXP sədri Pənah Hüseyn isə müxalifətçi dostlarını elə "mat" etdi ki, necə deyərlər, üzlərinə tüpürsəydi, ondan yaxşı idi: "Yaranmış vəziyyətdə dəqiq demək lazımdır. 15-16 oktyabrdan bu günə qədər olanların bir adı var: MƏĞLUBİYYƏTDİR. Öz miqyasına və nəticələrinə görə ağır məğlubiyyətdir" P.Hüseynin sonrakı sözü isə bir daha müxalifətin bu günə kimi nə düşüncəsi, nə də təfəkkürü dəyişib. FAKT: "Lakin nə dünyanın axırıdır, nə də demokratiyanın və demokratik düşərgənin. İlan qabığını atır, ağaclar yarpağını tökür, yer örtüyünü dəyişir. Ancaq nə ilan ölür, nə ağac quruyur, nə yer dağılır. Tanrınınkı Tanrıya, şeytanınkı şeytana dönür. Biz də elə".
RƏFİQƏ
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB