"Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində Bakı Beynəlxalq Humanitar Forumu bütün ölkələrdə böyük rəğbətlə qarşılanır. Bakı Beynəlxalq Humanitar Forumu aktual məsələlərin, bəşəriyyəti düşündürən problemlərin müzakirə olunduğu qlobal platformadır". SİA-nın məlumatına görə, bunu AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Azərbaycan və Rusiya prezidentlərinin təşəbbüsü olan bu Forum dünyanın görkəmli alimlərinin, tanınmış siyasətçilərin, ictimai xadimlərin, ekspertlərin, iqtisadçıların, jurnalistlərin bir araya gəlib dünyanı narahat edən müxtəlif mövzuları geniş müzakirə etməsi ideyasından qaynaqlanıb və ötən müddətdə özünü tam doğruldub: "Forumun əhatə dairəsi davamlı olaraq genişlənir və ona maraq getdikcə artır: "Azərbaycan sivilizasiyalararası dialoqun mərkəzinə çevrilib və dünya artıq bunu qəbul edir. Biz fəxrlə deyə bilərik ki, məhz Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu siyasəti nəticəsində Bakı Beynəlxalq Humanitar Forumu bu gün bütün qitələrdə, bütün ölkələrdə böyük rəğbətlə qarşılanır. Bu Foruma çox böyük maraq var. Bilirsiniz ki, Forum çərçivəsində müxtəlif mövzularda plenar sessiyalar, o cümlədən işçi sessiyalar keçirilir. Bizim bu gün toplaşdığımız işçi sessiyada müasir jurnalistikanı və bütövlükdə dünyamızı narahat edən məsələ - feyk xəbərlərin, yanlış məlumatlandırma siyasətinin dünyada sabitliyə yaratdığı təhdid mövzusu müzakirə olunur”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB