"Təəssüf ki, dövrümüzdə internet üzərindən yalnış informasiyalar yayılır. Bəzən media da bu informasiyaları tirajlayır". SİA-nın xəbərinə görə, bunu Livan Milli Xəbər Agentliyinin baş direktoru Laure Sleiman VI Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində AZƏRTAC-ın təşkilatçılığı ilə keçirilən "Yanlış məlumatlandırma siyasəti-müasir dünyada sabitliyə təhdid" mövzusunda işçi sessiyasında çıxış edərkən deyib.
O bildirib ki, "fake xəbərlər" sosial bəladır: "ABŞ-da bu istiqamətdə baş verən nümunəni demək istiyirəm. belə ki, Hillari Klinton seçki kampaniyası vaxtı onun adından demədiyi fikirləri yayılmasına görə, bir çox tərəfdaşını itirdi. Yəni sosial şəbəkələr məlumatları dəqiqləşdirmələr yayır. Həmin şəxslər sonradan bunu təkzib etsələr də, artıq onun imicinə ziyan dəydi. Bu baxımdan" fake xəbərlər" demokratiyaya təhdid kimi dəyərləndirilə bilər. Bəzən rəqiblər bundan qəsdən, bir-birilərinə qarşı istifadə edirlər. Dezinformasiyanın yayılması ilə bağlı təşkil olunan tədbirə görə təşəkkür edirəm. Azərbaycana uğurlar arzulayıram".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB