"Yalan informasiyalara maraq göstərən ölkələr digərlərinə təsir etməyə başlayıblar"
"Bir çox demokratik, eləcə də zəif, yeni formalaşan ölkələr yanlış informasiyaların zərbəsi altındadır. Belə xəbərlərin qloballaşması çox ciddi məsələdir". SİA-nın xəbərinə görə, bunu Albaniyanın ATA Agentliyinin baş direktoru Armela Krasniqi VI Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində AZƏRTAC-ın təşkilatçılığı ilə keçirilən "Yanlış məlumatlandırma siyasəti-müasir dünyada sabitliyə təhdid" mövzusunda işçi sessiyasında çıxış edərkən deyib.
Onun sözlərinə görə, artıq yalan informasiyalara maraq göstərən ölkələr digər ölkələrə təsir etməyə başlayıblar: ""Fake xəbərlər"in tərtibatçıları ağıllı, dərrakəli adamlardır. Çünki onlar bilirlər ki, hansı yalanla insanları inandırmaq olar. Yalanın əslində qısa ayağı var. Çünki o çox uzun yeriyə bilmir".
Agentliyin baş direktoru söyləyib ki, hazırda yalan informasiyalar bədbin hərəkətləri əks etdirir: "Heç kim yalan informasiyalardan qorunmayıb. Dünya xəbər agentlikləri bu informasiyaların yayılmasının qarşısını almaq üçün addımlar atmalıdırlar. Bütün dünya mediası bu sahədə birləşməlidir. Yalan informasiyalar aşkar olunmalı, etibarsız mənbələrdən olan informasiyalar yayılmamalıdır".
Armela Krasniqi qeyd edib ki, hər bir ölkə üçün vacib məsələ bunun döyüş nümunəsinə çevrilməsidir: "Hər bir dövlət, vətəndaş, qurum yalan informasiyalara qarşı mübarizədə iştirak etməlidir. Biz gələcəkdə olan səhvləri təkrar etməməliyik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB