"Forumun əsas məqsədlərindən biri insanlar arasında dialoqun qurulmasıdır"
"Humanitar Forumun əsas məqsədlərindən biri insanlar arasında dialoqun qurulmasıdır". SİA-nın verdiyi məlumata görə, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov ADA Universitetində keçirilən Forumda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, qarşıda duran əsas məqsədlərdən biri də diaspor komitələri ilə əlaqələr yaratmaq və bu əlaqələri inkişaf etdirməkdir: "Bunun üçün şəbəkələndirmənin gücləndirilməsi vacibdir. Xaricdə yaşayan ziyalı, intellektual azərbaycancanlılarla əlaqələrin yaradılması çox önəmlidir. Bizim üçün vacibdir ki, xaricdə yaşayan azərbaycanlılar öz övladlarına Azərbaycan dilini və tarixini öyrətsinlər".
Daha sonra Xarici Işlər Nazirliyinin Beynəlxalq Inkişafa Yardım Agentliyi tərəfindən "Azərbaycanın Əcnəbi Məzunlarının Beynəlxalq Assosiasiyası"nın təqdimatı keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB