Savelyev: "Dağlıq Qarabağ şərtsiz olaraq Azərbaycana qaytarılmalıdır"
"Mənim Dağlıq Qarabağla bağlı mövqeyimi bilirsiniz. Mən hər zaman ədalət və beynəlxlaq hüquq tərəfdarıyam". SİA-nın xəbərinə görə, bunu Rusiya Dövlət Dumasının deputatı Dmitri Savelyev VI Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində keçirilən "Yanlış məlumatlandırma siyasəti-müasir dünyada sabitliyə təhdid" mövzusunda işçi sessiyasında ona ünvanlanan suala cavab verərkən deyib.
O bildirib ki, Dağlıq Qarabağ və ətraf rayonlar şərtsiz olaraq Azərbaycana qaytarılmalıdır: "Mən dəfələrlə ictimai tədbirlərdə vurğulamışam ki, Azərbaycan siyasətçiləri Rusiya meydanında passiv təmsil olunurlar. Bu da Azərbaycan diasporunun Rusiyada aktivliyi ilə bağlıdır. Görünür rəqib bu sahədə daha geniş iş görür. Media sahəsində intensivlik artırılmalıdır. Rusiyada erməni və Azərbaycan diasporu fəaliyyət göstərir. Rusiya əhalisinə obyektiv məlumat çatdırılmalıdır. Təəssüf ki, bu, hazırda lazımı səviyyədə çatdırılmır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB