"İnformasiya agentliklərinin xəbərləri daha etibarlı olmalıdır"

"İnformasiya agentliklərinin xəbərləri daha etibarlı olmalıdır"

"Yalan məlumatlandırma halları bizim gündəlik həyatımızda müşahidə olunur. Biz bunu müzakirə etməliyik". SİA-nın xəbərinə görə, bunu Avropa Xəbər Agentlikləri Alyansının baş katibi Aleksandru Giboi VI Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində AZƏRTAC-ın təşkilatçılığı ilə keçirilən "Yanlış məlumatlandırma siyasəti-müasir dünyada sabitliyə təhdid" mövzusunda işçi sessiyasında çıxış edərkən deyib.

O bildirib ki, aparılan sorğuya əsasən sosial şəbəkələrdə yalan informasiyalar insanlar tərəfindən inanılır: "Bu, müharibə yalnız bir tərəfə qarşı aparılan müharibə deyil.Buradan hər kəs əziyyət çəkə bilər".

A.Giboi söyləyib ki, texnoloji inkişaf vasitəsilə hazırda mobil telefonlarından istifadə etməklə də məlumat yaymaq mümkündür: "Hətta bunu inandırmaq da çətin məsələ deyil. Bəzən yazdığınız informasiyanı televizya ekranında bu məlumatı əks etdirən bilər televiziyalarda görə bilərsiniz. Bu baxımdan televiziya kanalları düzgün informasiyalar yaymalıdırlar. İnformasiya agentlikləri bununla bağlı mübarizə aparmalı, onların xəbərləri daha etibarlı olmalıdır. Qeyri jurnalistlər kənarlaşdırılmalıdır. Məlumatlar yayıldıqdan ilkin istinad mənbəyi olmalıdır".

Avropa Xəbər Agentlikləri Alyansının baş katibi söyləyib ki, yanlış məlumat marağı cəlb edir: "Lakin onun fəsadları böyük ola bilər. Bu fəsad bütün dünyaya təsir edə bilər. İnsanların həyat səviyyəsi və keyfiyyəti aşağı düşə bilər. Amerikalıların 56 faizi bunu ən böyük təhlükə kimi görürlər. Hər kəs buna qarşı mübarizəni anlamalıdır. Biz yanlış informasiyaları yayanları cərimələməli, informasiya agentliklərində peşəkarlığı artırmalıyıq. Texnologiya inkişaf etdikcə yalnış informasiya daha geniş yayılır. Yanlış məlumat nəinki dövlətə hətta cüzi icmalar da pis təsir edir".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə