İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) dövlət başçılarının 11-ci zirvə toplantısı dekabrın 23-də İstanbulda keçiriləcək. SİA-nın məlumatına görə, İƏT-ə daxil olan ölkələrin dövlət başçıları ilə müxtəlif beynəlxalq təşkilatların qatılacağı zirvə öncəsi, dekabrın 22-də İƏT-in 19-cu Xarici İşlər Nazirləri Şurası, 20-21 dekabr tarixlərində isə Yüksək Səviyyəli İşçilər Komitəsi toplanacaq.
Xarici İşlər Nazirləri Şurasına Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu sədrlik edəcək. Türkiyə prezidenti Abdullah Gül və Ə.Davudoğlu toplantıda iştirak edəcək həmkarları ilə ikitərəfli görüşlər keçirəcək.
Qeyd edək ki, İƏT Türkiyə, İran və Pakistan iştirakı ilə 1985-ci ildə qurulub. Təşkilatın yaradılmasında məqsəd üzv ölkələr arasında iqtisadi, texniki və mədəni əməkdaşlığı gücləndirmək olub. 1992-ci ildə isə təşkilat Əfqanıstan Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Türkmənistanın qoşulması ilə geniş bir coğrafiyanı əhatə edərək çoxtərəfli iqtisadi əməkdaşlıq platformasına çevrilib. Türkiyə Xarici İşlər Nazirliyindən verilən açıqlamada İƏT-in Türkiyənin Orta Asiya türk respublikaları ilə birlikdə üzv olduğu yeganə regional iqtisadi təşkilat olduğu qeyd edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB