İsa Qəmbərlə digər radikalları Gürcüstana niyə dəvət ediblər? SİYASİ RAKURS

İsa Qəmbərlə digər radikalları Gürcüstana niyə dəvət ediblər? SİYASİ RAKURS

Yaxud, “Gürcü arzusu” Saakaşvilinin Bakıya gəlməsi ehtimalını düşünməlidir

Bəlli olduğu kimi, Bakıdan olan bir qrup radikal müxalifətçinin Gürcüstanın paytaxtı Tbilisidə 1-3 noyabr tarixlərində Konrad Adenauer fondunun təşkilatçılığı ilə keçirilən konfransa qatılacağı gözlənilir. Belə ki, konfrans Gürcüstanın və Ukraynann problemləri və onların həlli mövzusunu daşıyacaq.

Lakin məsələ yalnız bunda deyil. SİA-nın xəbərinə görə, müxtəlif informasiya mənbələrindən sızan məlumatlardan məlum olub ki, həmin konfransa Azərbaycanın ənənəvi müxalifətini, yəni radikal cinahını təmsil edən şəxslər də dəvət olunublar. Daha dəqiq desək, Gürcüstanda hakim koalisiya olan “Gürcü arzusu” bundan öncə də radikal müxalifət üçün bu ölkəyə yer ayırıb, Azərbaycana qarşı gizli, ya da açıq şəkildə fəaliyyət göstərmələrinə müxtəlif şəraitlər yaradılıb.

Radikallar qrantlarını Gürcüstan vasitəsi ilə əldə edirlər

Buna misal olaraq, Əfqan Muxtarlının xarici dairələrlə iş birliyi və anti-Azərbaycan fəaliyyətini, AXCP sədrinin müavini Gözəl Bayramlının onunla məhz Gürcüstan vasitəsilə radikal və dağıdıcı müxalifətə göndərilən maddi vəsaitləri əldə etməsi, ardınca Azərbaycana qeyri-qanuni yollarla keçirmək cəhdlərini, Xədicə İsmayılın da məhz bu ölkədə müxtəlif ermənipərəst xarici qurum rəhbərləri ilə görüşlər keçirməsini, “Milli Şura”nın sədri Cəmil Həsənlinin də bənzər tədbirlərə qatılaraq, ölkəmiz əleyhinə təbliğatlarda iştirakını, eləcə də digər çoxsaylı faktları göstərə bilərik.

Bu dəfə isə, Müsavat partiyasının sabiq başqanı, “MSDM” sədri İsa Qəmbər həmin konfransa dəvət edilib. Əgər nəzərə alarsaq ki, bu şəxs bilavasitə Azərbaycanın dövlət maraqlarına qarşı çıxış edir, zaman-zaman xarici təşkilatlarla əlaqə saxlayaraq, müxtəlif anti-Azərbaycan xarakterli sifarişlərin reallaşmasında canfəşanıq edir, demək ki, onun da konfransa dəvəti arxasında qaranlıq məqamların dayanması kimsədə şübhə doğurmur. Onun və digər radikalların həmin konfransdakı iştirakı əsnasında növbəti dəfə ölkəmiz, dövlətimiz əleyhinə fikirlər səsləndirməyəcəklərinə kimsə zəmanət verə bilməz. Daha doğrusu, onlara da elə bu lazımdır ki, qonşu Gürcüstana gedib, xarici ağaları qarşılarında siyasi oyunbazlıqlar sərgiləsinlər, Azərbaycana geri dönərkən isə, sifarişli qrant layihələrini bank qəbzləri ilə birgə ciblərinə qatlasınlar. Məhz bu baxımdan, istər İ.Qəmbərin, istərsə də digər radikal təmayüllü müxalifətçilərin Gürcüstana səfərləri çox yəqin ki, Azərbaycan əleyhinə yönəldiləcək növbəti sifarişləri qəbul etmələtinə hesablanıb.

Anti-Azərbaycan qüvvələrin tez-tez Gürcüstanda müxtəlif konfranslar, forumlar, treninqlər və s. məsələlər ətrafında bir yerə yığılmaları istər-istəməz hiddət hissləri doğurmaqdadır

Amma ortada digər bir ilginc nüans da yaranır. Belə ki, qeyd edilənlərlə yanaşı, o da bəllidir ki, hazırkı vaxtda da Gürcüstanda dövlətimizin maraqlarına qarşı çıxış edən insanlar da kifayət qədərdir. Elə də uzağa getməyərək, Günel Mövludu və onun kimi digərlərni göstərə bilərik. Bütün bunlar isə, Azərbaycanın dost Gürcüstana hər zaman həyan olması, kritik anlarında iqtisadi və s. cəhətlərdən dəstək göstərməsi fonunda baş verir ki, bu amillər istər-istəməz təəssüf hissləri yaradır. Ancaq bütün bunlara baxmayaraq, anti-Azərbaycan qüvvələrin tez-tez Gürcüstanda müxtəlif konfranslar, forumlar, treninqlər və s. məsələlər ətrafında bir yerə yığılmaları istər-istəməz hiddət hissləri doğurmaqdadır.

Yeri gəlmişkən, son vaxtlar Gürcüstanda mövcud iqtidara - “Gürcü arzusu” koalisiyasına etimad kəskin şəkildə aşağıya düşməkdədir. Bunun yerinə isə, eks-prezident Mixail Saakaşvilinin reytinqi yüksəlməkdə davam edir. Görünür, bunu ciddi olaraq nəzərə almayan gürcü hakimiyyəti siyasi proseslərin necə davam edəcəyinə etinasız yanaşır. Lakin siyasət, necə deyərlər, etinasızlığı sevmir. Hətta Mixail Saakaşvili anidən Bakını ziyarət edərsə, son siyasi gücünü Bakıda toplayarsa, bu gücünü “Gürcü arzusu” koalisiyasına qarşı istifadə edərsə, yəqin ki, həmin koalisiyanın təmsilçiləri bundan narahat ola bilərlər...

Dağıdıcı müxalifət təmsilçilərini Adenauer fondunun tədbirinə dəvət edərkən, “Gürcü arzusu” bu barədə də az-çox düşünməliydi...

Lakin biz son vaxtlar nələrin şahidləri oluruq? Gürcüstanın otel və konfrans zalları Azərbaycan hakimiyyətinə qarşı mübarizənin mərkəzinə çevrilib. Azərbaycanın radikal müxalifət təmsilçiləri Gürcüstan ərazisi vasitəsi ilə qrant əldə etmək üçün imkanlar əldə ediblər. Hətta bu kimi haqlı iradlara rəğmən, Gürcüstan “Avropanın liberal dəyərləri” barədə uzun-uzadı mülahizələr də söyləyə bilər. Fəqət, həmin dəyərləri nəzərə alaraq, Gürcüstan seçiciləri qarşısında nüfuzu artan Saakaşvilinin də tərəfdarları Bakıda ola bilərlər. Hər halda, radikal və dağıdıcı müxalifət təmsilçilərini Adenauer fondunun tədbirinə dəvət edərkən, “Gürcü arzusu” bu barədə də az-çox düşünməliydi...

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə