Elmar Məmmədyarov Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının baş katibini qəbul edib

Elmar Məmmədyarov Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının baş katibini qəbul edib

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının baş katibi Xəlil Akıncını qəbul edib. XİN-in mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, qonaq başçılıq etdiyi qurumun hazırkı fəaliyyəti və gələcək planları haqqında ətraflı danışıb.

 

Öz növbəsində nazir türkdilli ölkələr arasında ikitərəfli və çoxtərəfli əlaqələrin və mövcud həmrəyliyin möhkəmləndirilməsinin Avrasiya regionundakı əməkdaşlığı daha da dərinləşdirəcəyinə əminliyini bildirərək qonağa gördüyü bütün işlərdə uğurlar arzulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə