Türkdilli ölkələr Şurasının baş katibi: “Azərbaycan Türkiyə üçün birinci dövlətdir”
Türkdilli ölkələr Şurasının baş katibi, səfir Xəlil Akıncı bu gün Azərbaycana rəsmi səfəri çərçivəsində jurnalistlər üçün mətbuat konfransı keçirib. SİA-nın xəbərinə görə, diplomatik fəaliyyətinə toxunan Türk Ölkələri Əməkdaşlıq Şurasının baş katibi Xəlil Akınçı Sloveniya, Hindistan və Rusiyada səfir kimi eyni zamanda Türkiyənin 9 il NATO PA nümayəndə heyətinin rəhbəri kimi vəzifələrdə çalışdığını bildirib. Türkdilli ölkələr arasında əlaqələrdən danışan Xəlil Akınçı ilk zirvə görüşünün 1992-ci ildə Ankarada keçirildiyini deyib: "Türk Ölkələri Əməkdaşlıq Şurasının yaradılması haqqında razılıq 2009-cu ildə Naxçıvanda keçirilən IX zirvə toplantısında əldə edilib. 2010-cu ilin sentyabr ayında İstanbulda keçirilən X zirvə toplantısında isə qurumun fəaliyyətə başlaması haqqında qərar qəbul edilib. Sentyabrın 16-da quruma baş katib təyin olunub. Türk Ölkələri Əməkdaşlıq Şurası türkdilli ölkələr arasında əlaqələrin dərinləşdirilməsi istiqamətində fəaliyyətini qurur".
Qurumun yaradılması geniş coğrafi ərazini əhatə edən Türk dünyasının qarşılaşdığı problemlərin həllində də vacib rol oynaya biləcəyini deyən səfir qurumun ölkələr arasındakı əməkdaşlıqda mühüm rol oynadığını vurğulayıb.
Diplomat Şuraya üzv olan ölkələr arasında mövcud olan münasibətlərin möhkəmlənməsi istiqamətində konkret addımların atılacağını deyib: "Qazaxıstanda Türk Akademiyası fəaliyyət göstərir. Akademiyada türk xalqlarının dili və mədəniyyətinin araşdırılması istiqamətində işlər aparılır. Bizim əsas məqsədlərimizdən biri türk xalqları arasında ortaq dil və əlifbanın yaradılmasına nail olmaqdır ".
X. Akınçı sözlərinə görə, qurum iş adamları arasında əlaqələrinin gücləndirilməsinə, ali təhsil müəssisələri, eləcə də elm adamları arasında qarşılıqlı münasibətlərin qurulması istiqamətində də real addımlar atacaq. Belə ki, Şuranın tərkibində dövlət başçılarının şurası, xarici işlər nazirlərinin şurası, ağsaqqallar şurası, yüksək vəzifəli şəxslər şurası və daimi katiblik fəaliyyət göstərəcək.
Bakıda xarici işlər naziri Elmar Məmmədyarov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, Sahibkarlar Konfederasiyasının rəhbəri Məmməd Musayevlə görüşdüyünü, Azərbaycan Dillər Universitetində olduğunu bildirib. Təşkilatın gələcək planlarından danışan X. Akıncı şuraya üzv olan dörd ölkənin İqtisadi İş Birliyi Şurası yaratmaq niyyətində olduğunu açıqlayıb. Onun sözlərinə görə, bu yöndə vahid bir gömrük birliyinin yaradılması da hədəflərdən biridir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB