"Nağdalyan növbəti dəfə axmaq bəyanatlarla çıxış edib" ÖZƏL-ŞƏRH
“Ermənistan Xarici İşlər Nazirliyində (XİN) keçirilən brifinqdə sözügedən qurumun mətbuat katibi Anna Nağdalyan növbəti dəfə axmaq bəyanatlarla çıxış edib. İşğalçı ölkənin rəsmisi bu çıxışı ilə öz ölkəsinin Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aqressiv və destruktiv mövqe tutduğunu bir daha sərgiləyib”. Bunu SİA-ya politoloq Ehtiram Aşırlı deyib.
Onun sözlərinə görə, Anna Nağdalyan Azərbaycanın əzəli torpağı olan Dağlıq Qarabağda yaratdıqları qondarma rejimin həlledici səsə malik olmasının vacibliyini ifadə edən sayıqlayıcı fikirlər dilə gətirib: “Görünür, təcavüzkar ölkənin rəsmisi unudur ki, iqtisadi cəhətdən iflic və siyasi baxımdan xaotik vəziyyətdə olan hazırkı Ermənistan məhz öz işğalçılıq siyasətinin “tablosu” olaraq ortaya çıxıb.
Bunu anlamaq üçün çox da uzağa getməyə ehtiyac yoxdur. İşğalçı ölkənin KİV-i uzun müddətdir ki, Ermənistanın təcrid siyasəti nəticəsində önəmli layihələrdən kənarda qaldığını və beləliklə də ölkə iqtisadiyyatının çökdüyünü yazmaqdan yorulmur. Nəticə özlərinə də yaxşı bəllidir, nə qədər ki, Ermənistan Azərbaycanın əzəli torpaqlarını işğalda saxlamağa davam edəcək, bu təcrid siyasəti nəticəsində ölkənin yoxsulluq dərəcəsi də ən pik həddə yaxınlaşacaq.
Ermənistan XİN sözçüsünün destruktiv mövqe sərgiləyən bəyanatları sübut edir ki, təcavüzkar dövlət işğalçılıq siyasətini davam etdirməkdə, bununla bərabər həm də ölkənin iqtisadi və siyasi cəhətdən tamamilə çökməsində israrlıdır.
Ermənistan tərəfinin vaxtaşırı hansı axmaq və boş-boş fikirlər səsləndirməsindən asılı olmayaraq Azərbaycanın bu məsələdə mövqeyi isə prinsipial və dəyişməzdir. Dövlət başçısı İlham Əliyev çıxışlarında dəfələrlə vurğulayıb: “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın mövqeyi dəyişməz olaraq qalır. Ərazi bütövlüyümüz danışıqlar predmeti ola bilməz. Azərbaycan öz torpaqlarında ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək”.
Ermənistan XİN-in mətbuat katibi brifinqdə həmçinin Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzvlüyü məsələsi ilə bağlı da fikirlərini bildirib. Nağdalyan rəsmi İrəvanın mövqeyini ifadə edərək bildirib ki, Azərbaycanın KTMT-yə üzvlüyü məsələsi gündəmə gəlsə, Ermənistan buna mane olmaq bütün müvafiq vasitələrə üz tutacaq. Bundan əvvəl də bəyan edilmişdi ki, belə bir situasiya yaranarsa, Ermənistan özünün veto hüququndan istifadə edəcək”.
Bu açıqlamalarla tanış olduqda belə bir təsəvvür yaranır ki, Nağdalyan öz ölkəsinin reallıqlarından, eləcə də Ermənistanın “beynəlxalq arenadakı “yeri”ndən bixəbərdir. Məsələdən xəbərdar olması üçün isə elə öz KİV-də ölkəsinin tanınmış ekspertlərinin bu yaxınlarda işıq üzü görən açıqlamaları ilə tanış olması kifayətdir. Ermənistan analitikləri açıqlamalarında Azərbaycanın KTMT-yə üzvlük məsələsinin müzakirə olunacağı təqdirdə Ermənistanın fikrinin elə sözügedən qurum daxilində heç bir əhəmiyyət kəsb etmədiyini, eləcə də KTMT üzvü olan ölkələrin rəsmi Bakıya rəğbətlə yanaşdıqlarını, onunla əməkdaşlığı genişləndirməkdə maraqlı olduqlarını özləri etiraf etmişdilər. Analitiklərdən biri hətta kobud küçə jarqonu işlətməkdən belə çəkinməmişdi: “Azərbaycanın KTMT-yə üzvlüyü məsələsi gündəmə gələrsə, bu təşkilat daxilində heç kim Ermənistanın rəyinə heç tüpürməyəcək də...”
Bu fikirlər Ermənistanın təmsil olunduğu qurumlarda, ümumiyyətlə, beynəlxalq arenada hansı “dəyər”ə malik olduğu haqqında aydın təsəvvür yaradır. Maraqlı məqam burasındadır ki, bu “dəyər”i Ermənistan tərəfi özü bilir və etiraf edir-Anna Nağdalyanın vaxtaşırı axmaq və boş-boş fikilər səsləndirməsindən asılı olmayaraq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB