Ermənistanda kütləvi ixtisarlar

Növbədənkənar parlament seçkilərindən sonra, yeni hökumətin formalaşdırılmasına qədər, müvəqqəti hökumətdə əsasən maliyyə nazirliyində ciddi kadr ixtisarları aparılır. SİA xəbər verir ki, bu barədə “Jamanak” qəzeti yazır. Erməni nəşrinin qeyd etdiyinə görə, xüsusilə 150-yə yaxın müqavilə ilə işləyən əməkdaş ixtisara salınıb.

“Özü də deyiblər ki, hökumətin qərarı ilə həyata keçirilən bu pilot proqramıdır və əgər bu qurumda az saylı əməkdaşlarla zərərsiz şəkildə işləmək müəyyənləşərsə, digər nazirliklərdə də ixtisarlar gözlənilə bilər. Müqavilə əsasında işləyən bütün əməkdaşlar ixtisara salınacaqlar”, adıçəkilən qəzet yazır.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə